• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Qəzzada ölən fələstinlilərin sayı açıqlanıb

Qəzzada ölən fələstinlilərin sayı açıqlanıb
13.11.2023 14:17
Qəzza zolağında ölənlərin sayı 11 min 180-ə yüksəlib. Bu barədə Qəzza zolağında hökumətin mediya ofisindən açıqlama verilib.

"Həlak olanlardan 4 min 609-u uşaq, 3 min 100-ü qadındır. Hücumlarda 198 tibb işçisi, 20 mülki müdafiə zabiti və 49 jurnalist həyatını itirib. Bundan əlavə, hücumlarda yaralananların sayı yüzdə 70-i qadın və uşaq olmaqla 28 min 200-ə yüksəlib”, - açıqlamada bildirilib.
 
İsrail mətbuatı məlumat yayaraq ölənlərin sayının 1200-ü keçdiyini qeyd edib.
 
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında gedən döyüşlərdə daha iki əsgərin öldüyünü, bununla da Fələstinin HƏMAS radikal qruplaşmasına qarşı quru əməliyyatında həlak olan əsgərlərin ümumi sayının 44-ə çatdığını bildirib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən bildirib ki, Qəzzada ölən fələstinlilərin sayı 11078 nəfərə çatıb, onlardan 4506-sı uşaq, 3027-si qadındır.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumatına əsasən, daha 2700 nəfər, o cümlədən 1500 uşaq hələ də itkin düşüb, 27 490 fələstinli yaralanıb.
 
Bundan öncə İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda 17 israil əsgəri həlak olduğunu açıqlayıb.
 
Qəssam Briqadaları "Telegram” səhifəsində açıqlama verərək Qəzzanın şimal-qərbində iki İsrail hərbi maşınının "Yasin-105” tank əleyhinə raketlərlə məhv edildiyi iddia ediblər.
 
İsrail Ordu Sözçüsü açıqlama verərək Qəzzada həyata keçirilən hücumlarda 1400-dən çox israilli öldüyünü deyib.

"317 əsgər də daxil olmaqla 1400-dən çox israilli ölüb, 5132 nəfər isə yaralanıb. Qəzzada Əl-Qəssam Briqadalarının əlində 240 israilli məhbus var", - sözçü qeyd edib.
 
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 3542-si uşaq və 2187-si qadın olmaqla 8525 fələstinlinin həlak olduğunu, 21643 nəfərin isə yaralandığını bildirib.
 
Fələstin Jurnalistlər Birliyi "Facebook” səhifəsində Qəzza zolağında İsrailin hücumları nəticəsində həyatını itirən media mənsublarının sayı 38-ə yüksəldiyini deyib.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Dünya 22:33
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Papanın son durumu ilə bağlı açıqlama
Dünya 22:31
Papanın son durumu ilə bağlı açıqlama
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Dünya 22:13
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
Dünya 20:25
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
London Sammiti başlayıb
Dünya 19:12
London Sammiti başlayıb
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Dünya 18:21
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Qəzzaya humanitar yardımlar dayandırılıb
Dünya 17:40
Qəzzaya humanitar yardımlar dayandırılıb
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
Dünya 16:29
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
İranın iqtisadiyyat naziri vəzifəsindən uzaqlaşdırılıb - Video
Dünya 15:43
İranın iqtisadiyyat naziri vəzifəsindən uzaqlaşdırılıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol