• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Hindistan Ermənistana yeni silahlar göndərəcək

Hindistan Ermənistana yeni silahlar göndərəcək
16.11.2023 10:02
Hindistan Ermənistana  30 və 40 mm çaplı 150 min qumbara tədarük edəcək.  Bu  barədə "Caliber” məlumat yayıb.
 
Bildirilir ki,  təchizatı "Munitions India Limited” (MIL) şirkəti həyata keçirəcək.

Bu şirkət artıq Ermənistana 5 milyon ədəd 7,62 mm-lik sursat tədarük edib.
 
Daha əvvəl Hindistan Ermənistana öz istehsalı olan 155 mm-lik "ATAGS” adlı haubitsa tədarük edəcəyini açıqlamışdı.

Bildirilib ki, bu, Hindistan tarixində belə artilleriya sistemlərinin ilk ixracıdır.

Məlumata görə, müqavilənin məbləği 150 milyon dollardır, əməliyyat üç il ərzində həyata keçiriləcək. "ATAGS” artilleriya qurğuları 48 km-lik hədəfi vura bilir.

Bu iki ölkə arasında ilk müdafiə sazişi deyil. Bundan əvvəl Hindistanın "Solar Group” şirkəti "Pinaka” reaktiv yaylım atəş sistemlərinin alınması ilə bağlı müqavilənin bağlandığını elan etmişdi. 

Müqavilə çərçivəsində Sovet-Rusiya modeli olan tankəleyhinə "Konkurs” raketinin alınması haqqında da müzakirə aparılıb. Bundan əvvəl Hindistanın "The Economic Times” nəşri 260 milyon dollar dəyərində silahlardan bəhs edildiyini bildirmişdi. Bundan başqa, 80 mm-lik artilleriya qurğularının, boş mərmilərin və "Akaş” zenit-raket kompleksinin alınmasına dair müzakirə aparıldığı da qeyd olunub.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Dünya 22:33
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Papanın son durumu ilə bağlı açıqlama
Dünya 22:31
Papanın son durumu ilə bağlı açıqlama
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Dünya 22:13
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
Dünya 20:25
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
London Sammiti başlayıb
Dünya 19:12
London Sammiti başlayıb
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Dünya 18:21
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Qəzzaya humanitar yardımlar dayandırılıb
Dünya 17:40
Qəzzaya humanitar yardımlar dayandırılıb
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
Dünya 16:29
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
İranın iqtisadiyyat naziri vəzifəsindən uzaqlaşdırılıb - Video
Dünya 15:43
İranın iqtisadiyyat naziri vəzifəsindən uzaqlaşdırılıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol