• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

İsraildə ölən əsgərlərin sayı açıqlanıb

İsraildə ölən əsgərlərin sayı açıqlanıb
16.11.2023 16:34
Oktyabrın 31-dən bu yana Qəzzada ölən İsrail əsgərlərinin sayı 51-ə yüksəlib. Bunu İsrail ordusu açıqlayıb.

"Qəzzanın şimalında baş verən qarşıdurmalarda daha bir əsgər həlak olub, iki İsrail əsgəri ağır yaralanıb" , - açıqlamada bildirilib.

Fələstinli Məhbuslar Dərnəyi və Fələstinli Əsirlər və Azad Edilənlər Təşkilatının bəyanatına görə, İsrail ordusu və mülki yəhudi işğalçılarının son 40 gündə 197 fələstinlini qətlə yetirib, İordan çayının qərb sahili və Qüdsdə 2735 nəfəri saxlayıb.
 
Fələstin dövlət xəbər agentliyinin məlumatına görə, İsrailin Qəzzanın mərkəzindəki məscidə təşkil etdiyi hava hücumunda 50 nəfərin ölüb.
 
Qəzza zolağında hökumətin mediya ofisindən edilən açıqlamaya görə, Qəzzada ölənlərin sayı 11 min 180-ə yüksəlib. 

"Həlak olanlardan 4 min 609-u uşaq, 3 min 100-ü qadındır. Hücumlarda 198 tibb işçisi, 20 mülki müdafiə zabiti və 49 jurnalist həyatını itirib. Bundan əlavə, hücumlarda yaralananların sayı yüzdə 70-i qadın və uşaq olmaqla 28 min 200-ə yüksəlib”, - açıqlamada bildirilib.
 
İsrail mətbuatı məlumat yayaraq ölənlərin sayının 1200-ü keçdiyini qeyd edib.
 
Qəssam Briqadaları "Telegram” səhifəsində açıqlama verərək Qəzzanın şimal-qərbində iki İsrail hərbi maşınının "Yasin-105” tank əleyhinə raketlərlə məhv edildiyi iddia ediblər.
 
Fələstin Jurnalistlər Birliyi "Facebook” səhifəsində Qəzza zolağında İsrailin hücumları nəticəsində həyatını itirən media mənsublarının sayı 38-ə yüksəldiyini deyib.

Oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Aygün Mirakif


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Dünya 22:33
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Papanın son durumu ilə bağlı açıqlama
Dünya 22:31
Papanın son durumu ilə bağlı açıqlama
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Dünya 22:13
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
Dünya 20:25
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
London Sammiti başlayıb
Dünya 19:12
London Sammiti başlayıb
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Dünya 18:21
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Qəzzaya humanitar yardımlar dayandırılıb
Dünya 17:40
Qəzzaya humanitar yardımlar dayandırılıb
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
Dünya 16:29
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
İranın iqtisadiyyat naziri vəzifəsindən uzaqlaşdırılıb - Video
Dünya 15:43
İranın iqtisadiyyat naziri vəzifəsindən uzaqlaşdırılıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol