• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı Yasamal rayonunun sakinlərini qəbul edib

İcra başçısı Yasamal rayonunun sakinlərini qəbul edib
13.11.2023 13:15
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün noyabr ayı üzrə növbəti qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qurumun inzibati binasında qəbul edib.
 
Tədbirdə habelə Yasamal RİH-in vəzifəli şəxsləri, həmçinin rayon bələdiyyəsinin və MKTB rəhbərliyi də iştirak edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş etdi. İlk öncə söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra növbə ilə söz alan Yasamal rayonunun sakinləri yanğından zərər çəkmiş vətəndaşlara yardım, avtoparking üçün qanunsuz dirəklərin quraşdırılması ilə mübarizə, yataqxanada yaşayan sakinlərin məişət şəraitinin yaxşılaşdırılması,küçə ticarəti ilə mübarizə, şəhid ailələrinin sosial qayğıları, ərazilərin zəbti ilə mübarizə, əlillər üçün mənzil növbəsi və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar. 

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı sakinləri maraqlandıran suallara ətraflı cavablar və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda iki milli parkın sanitariya-mühafizə zonaları təsdiqlənib
Cəmiyyət 18:02
Azərbaycanda iki milli parkın sanitariya-mühafizə zonaları təsdiqlənib

Əhmədlidə restoranda qətlin törədilməsində ittiham olunan 2 nəfər məhkəməyə çıxarılır
Cəmiyyət 17:44
Əhmədlidə restoranda qətlin törədilməsində ittiham olunan 2 nəfər məhkəməyə çıxarılır

Kamran Əliyev Qırğızıstan Baş prokurorunun birinci müavini ilə görüşüb
Cəmiyyət 17:11
Kamran Əliyev Qırğızıstan Baş prokurorunun birinci müavini ilə görüşüb

5 marşrutun hərəkət sxemi dəyişdirilib
Cəmiyyət 16:48
5 marşrutun hərəkət sxemi dəyişdirilib

QHT-lər üçün qrant müsabiqəsi elan edilib
Cəmiyyət 16:26
QHT-lər üçün qrant müsabiqəsi elan edilib
Elnarə Baxış vəzifəsindən ayrılıb
Cəmiyyət 16:03
Elnarə Baxış vəzifəsindən ayrılıb
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib!
Cəmiyyət 15:36
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib!
Azərbaycan CNN-in materialı ilə bağlı ABŞ məhkəmə sisteminə müraciət edib
Cəmiyyət 15:30
Azərbaycan CNN-in materialı ilə bağlı ABŞ məhkəmə sisteminə müraciət edib
“El Pizza” bağlanıb
Cəmiyyət 15:18
“El Pizza” bağlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol