Kütləvi davadan sonra gizlənənləri DTX saxlayıb
Bakıda bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava üzrə aparılan araşdırmalar çərçivəsində yeni təfərrüatlar məlum olub.
Qətli törətməkdə şübhəli bilinən "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA idmançısı Elmar Cəfərov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Hər iki şəxs qəsdən adamöldürmədə ittiham olunur.
Hadisə zamanı qətlə yetirilən şəxsin "Ceyhun Sabunçu" kimi tanınan Ceyhun olduğu, görüşün isə deputat Arzuxan Əlizadənin oğlu Əhməd tərəfindən təşkil edildiyi bildirilir.
Ümumilikdə, deputatın oğlu da daxil olmaqla, müxtəlif əməllərdə şübhəli bilinən 9 nəfər saxlanılıb.