• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur - Hikmət Hacıyev

Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur - Hikmət Hacıyev
21.11.2023 21:50
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı daha bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. İndi də həmin siyasət eyni formada davam edir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X” hesabında Samanta Pauerə cavabında bildirib.

"Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsi kimi o, heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyəti məsələsini qaldırmağa və BMT TŞ-nin qətnamələrinin icrasını tələb etməyə cürət etməyib.

"Aurora” mükafatının himayəsi altında Samanta bu fondun qurucusu, Ukraynadakı separatizmi maliyyələşdirən bədnam oliqarx və pul yuyan Ruben Vardanyan ilə birləşdi. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin deputatları Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiya tətbiq edilməsini tələb etdilər. Ruben Vardanyan həmçinin 2022-ci ilin oktyabrından Qarabağda peyda olduqdan sonra ABŞ-nin dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.

Azərbaycanofobiya, türkofobiya, siyasi korrupsiya, "puldan söhbət” və "Aurora” mükafatı çərçivəsində siyasi spekülasyonlar, ehtimal ki, Ruben Vardanyan və Samantha Pauerin ortaq dəyərləri və maraqları idi.

Maskaları çıxarın! Azərbaycanda artıq USAID-in fəaliyyətinə yer yoxdur!” - Hikmət Hacıyev qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
XİN-dən Mirzoyanın iddialarına cavab
Siyasət 20:00
XİN-dən Mirzoyanın iddialarına cavab
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Pakistanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:59
Pakistanın Baş naziri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol