• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Prezident yükdaşımalarla bağlı 2024−2026-cı illər üçün Fəaliyyət Planını təsdiqləyib

Prezident yükdaşımalarla bağlı 2024−2026-cı illər üçün Fəaliyyət Planını təsdiqləyib
23.11.2023 16:20
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərin rəqabətqabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yüklərin cəlb olunması məqsədilə qərara alınır:


- "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” (bundan sonra – Fəaliyyət Planı) təsdiq edilsin.


Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək. Həmçinin, Fəaliyyət Planının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.


Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.


Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Küveytin Əmirini təbrik edib
Siyasət 11:30
Prezident İlham Əliyev Küveytin Əmirini təbrik edib
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
XİN-dən Mirzoyanın iddialarına cavab
Siyasət 20:00
XİN-dən Mirzoyanın iddialarına cavab
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol