• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Azərbaycan və Tacikistan böyük investisiya layihələri üzrə müqavilələr imzalayıb

Azərbaycan və Tacikistan böyük investisiya layihələri üzrə müqavilələr imzalayıb
24.11.2023 12:41
Tacikistan və Azərbaycan əməkdaşlıqla bağlı bir sıra müqavilələr imzalayıblar.
 
Bu barədə Tacikistan KİV-ləri bu ölkənin İqtisadi İnkişaf Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan və Tacikistanın iqtisadiyyat nazirləri müvafiq olaraq Mikayıl Cabbarov və Zavki Zavkizoda böyük investisiya layihələri ilə bağlı sənədlər imzalayıblar.

"Bu sənədlər ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcək”, - mənbə bildirib.

Vurğulanıb ki, əsas istiqamətlər arasında Tacikistanın "Dəngərə” Azad İqtisadi Zonasında yerləşən neft emalı zavodunun işə salınması üzrə investisiya layihələri, Tacikistanda su elektrik stansiyasının tikintisi, TALCO-nun (Tacikistan Alüminium Şirkəti) istehsal gücünün artırılması var.

Tacikistanın İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, Azərbaycan bu ölkənin aqrar-sənaye klasterlərinin təşkili, ilkin alüminium, kriolit və alüminium ftoridin ixracı, TALCO-nun ehtiyacları üçün alüminium oksidinin idxalı kimi sahələrin inkişafına sərmayə qoyacaq.

Bundan başqa, Bakı Düşənbəyə dəmir yolu daşımalarında güzəştlərin verilməsi təşəbbüsü ilə çıxış edib.

"Bu məqsədlə daimi fəaliyyət göstərən ikitərəfli işçi qrupu yaradılıb və bu layihələrin həyata keçirilməsi üçün konkret tədbirlər həyata keçirilir”, - mənbə qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Küveytin Əmirini təbrik edib
Siyasət 11:30
Prezident İlham Əliyev Küveytin Əmirini təbrik edib
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
XİN-dən Mirzoyanın iddialarına cavab
Siyasət 20:00
XİN-dən Mirzoyanın iddialarına cavab
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol