• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın mövqeyini ifşa edib - XİN

Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın mövqeyini ifşa edib - XİN
28.11.2023 19:21
Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair uzunmüddətli mövqeyini ifşa edib.

Bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov "X” də yazıb.

O qeyd edib ki, AİHM-in 17 oktyabr 2023-cü il tarixli "Hovhannisyan və Karapetyan Ermənistana qarşı” işi üzrə verdiyi hökmdə Ermənistan Respublikasının vətəndaşları R.Hovhannisyanın və A.Sarqsyanın 2009 və 2008-ci illərdə Ermənistan ordusuna çağırıldıqları və "Dağlıq Qarabağ silahlı qüvvələri”nin 36 535 saylı hərbi hissəyə göndərildikləri qeyd edilib.

2010-cu ilin iyulunda hər iki hərbi qulluqçu öz hərbçi yoldaşları tərəfindən daxili insident nəticəsində qətlə yetirilib və öldürülən hərbçilərin valideynləri təzminat üçün Ermənistanı məhkəməyə verib.
E.Məmmədov yazıb ki, ki, məhkəmə artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, Ermənistan Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarət həyata keçirib.

Nazirlik rəsmisi xatırladıb ki, Ermənistan o zamanlar işğal altında saxladığı Azərbaycanın ərazilərində törədilən istənilən cinayətə görə dövlət məsuliyyətindən qurtulmaq məqsədilə uzun müddət bu ərazilər üzərində heç bir nəzarəti və ya yurisdiksiyası olmadığı mövqeyində olub: "Diplomatik desək, AHİM Ermənistanın dürüst olmadığı qənaətinə gəlib".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
XİN-dən Mirzoyanın iddialarına cavab
Siyasət 20:00
XİN-dən Mirzoyanın iddialarına cavab
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Pakistanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:59
Pakistanın Baş naziri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol