• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxış edib

Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxış edib
30.11.2023 23:27

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir ilk növbədə ATƏT-in fəaliyyətdə olan sədri cənab Buyar Osmaniyə Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, habelə növbəti ildə Təşkilata sədrlik edəcək Maltanın xarici, Avropa işləri və ticarət naziri cənab Yan Borqa uğurlu sədrlik fəaliyyəti arzu edib.

Nazir qeyd edib ki, ATƏT Nazirlər Şurasının bugünkü iclası, çoxtərəfliliyin davam edən böhranı, habelə ümumi təhdidlərə və çağırışlara kollektiv cavab axtarışından yayınmanın artmasının fonunda baş tutur:
"Məhz buna görə də bütün hallarda, bütün iştirakçı dövlətlər tərəfindən ikili standartlara yol vermədən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət edilməsinə qeyd-şərtsiz riayət olunmasının təmini yüksək əhəmiyyət kəsb edir.

Bu il Azərbaycanın öz ərazilərində suverenliyini tam şəkildə bərpa etməsi ilə yadda qaldı. 24 saat davam edən lokal anti-terror tədbirləri nəticəsində Ermənistan və onun qeyri-qanuni qondarma strukturu tərksilah edilərək buraxılıb və Azərbaycan ərazilərindən tamamilə çıxarılıb.

Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı şifahi bəyanatlarına baxmayaraq, bu ölkənin öhdəliklərini açıq-aşkar pozaraq, Azərbaycan ərazilərində ağır və hücum tipli silahlarla təchiz edilmiş on minlik silahlı şəxsi heyəti saxlamaqda davam etməklə, əslində revanş üçün vaxt udmağa çalışdığı aydın oldu.

Heç bir suveren dövlət, o cümlədən Azərbaycan da öz ərazilərində bu cür qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi.
Bu vəziyyətə son qoyulması isə Ermənistanın açıq etinasızlığı, habelə prosesin bir parçası olan vasitəçilərin adekvat addımlar atmaması səbəbindən sülh yolu ilə baş tutmadı. Bağlı qapılar arxasında Azərbaycanın narahatlıqlarının qəbul edilməsinə baxmayaraq, ictimai bəyanatlarda selektiv yanaşmaya üstünlük verildi. Bu da öz növbəsində, Ermənistanın yeni "təmas xətti” qurmaq, ərazilərimizdə yeni səngərlər qazmaq və minalar basdırmaq, qarayaxma kampaniyası vasitəsilə Azərbaycanı şantaj etməklə danışıqların imitasiyası strategiyasını davam etdirə biləcəyi illüziyasına qapılmasına gətirib çıxardı”.

ATƏT mexanizmlərinin hələ də "uyğun olduğu”na dair istinadlar isə reallığı əks etdirmir: "ATƏT Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasının həvələ olunduğu yeganə təşkilat idi. Buna baxmayaraq, Təşkilat illərdir davam edən Ermənistanın genişmiqyaslı qeyri-qanuni fəaliyyətinin qarşısının alınmasında effektiv ola bilməyib. Əksinə, legitim çağırışlarımıza məhəl qoymamaq və işğala əsaslanan status-kvoya göz yummaq təcrübəsi Ermənistanı daha da cəsarətləndirdi.

ATƏT-in münaqişənin həllinin bir parçası olmaq şansı var idi. Əfsuslar olsun ki, bu şans Ermənistan tərəfindən törədilən maneələr və bir sıra iştirakçı dövlətlərin ona havadarlıq etməsi nəticəsində əldən verildi. Təşkilatda, Azərbaycanın post-münaqişə dövründə reabilitasiya məsələləri üzrə mövcud öhdəliklərinə müvafiq dəstək layihələri ilə bağlı müraciətinin cavablandırılmasına maneələr törədildiyini nəzərə aldıqda, bu təcrübə bugünədək davam edir”.

"Humanitar məsələlər” ilə bağlı ifadə edilən narahatlıqlar da əsassızdır: "Beynəlxalq təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən yerində aparılan müşahidələr də narahatlıqların əsassızlığını tam təsdiqləyib.

Ümumilikdə götürdükdə, Azərbaycan anti-terror tədbirlərində nümunəvi davranış nümayiş etdirib. Heç bir erməni sakin bölgəni tərk etməyə məcbur edilməyib. Əksinə, Azərbaycan yerli erməni sakinlərə bərabərhüquqlu Azərbaycan vətəndaşları kimi qalmaq və reinteqrasiya istiqamətində ardıcıl çağırışlar edib. Azərbaycan hökuməti müstəsna olaraq Azərbaycanın daxili məsələsi olan ölkə vətəndaşlığı əsasında yerli sakinlərin gələcək reinteqrasiyası üçün hərtərəfli plan elan etmək də daxil olmaqla, onların humanitar və sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün ardıcıl səylər göstərib”.
Nazir vurğulayıb ki, Azərbaycanın bu yanaşması Ermənistanın ərazilərindən zorla qovduğu yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarının bərpasından davamlı şəkildə imtina etməsi ilə tamamilə ziddiyyət təşkil edir:
"Dağıntılara və sağalmamış yaralara baxmayaraq, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı məhz Azərbaycan olub. Təəssüf ki, Azərbaycanın birmənalı olaraq sülh prosesinə sadiqliyinə baxmayaraq, proses yersiz ləngimələrdən əziyyət çəkir. Sülh sazişinin layihəsinə nəhayət ki öz şərhlərini təqdim etmək üçün Ermənistana iki ay yarımdan çox vaxt lazım oldu. Eyni səbəbdən, bir sıra üçüncü tərəflərin qərəzli və birtərəfli hərəkətləri də prosesə ciddi şəkildə təsir edir.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan sülh sazişinin yekunlaşdırılması üçün birbaşa danışıqların ən qısa zamanda bərpasına sadiqdir. Biz açıq şəkildə Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və neytral üçüncü bir ölkədə görüşməyi təklif etmişik.
Biz, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkanın mövcudluğuna qəti şəkildə inanırıq. Bu imkandan istifadə etməyin vaxtıdır.

Bunun üçün Ermənistan sülhə gedən yolun qonşuları ilə ikitərəfli dialoqdan və normal münasibətlərdən keçdiyini başa düşməlidir. Digər aktorlar tərəfindən yalnız qarşıdurmaya və sülhün ləngidilməsinə xidmət edən geosiyasi oyunların davam etdirilməsi qeyri-məhsuldardır”.

Beynəlxalq ictimaiyyətin üzərinə həmçinin ATƏT çərçivəsində də təxribat xarakterli addımlardan və gərginliyi artırmaqdan çəkinməklə bağlı məsuliyyət düşür: "Nitqimi yekunlaşdırmadan öncə, ATƏT çərçivəsində funksionallıq və səmərəlilik ilə bağlı mövcud çağırışların öhədsindən gəlmək istiqamətində Azərbaycanın Təşkilatla konstruktiv əməkdaşlığa hazır olduğunu bir daha vurğulamaq istərdim”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
Siyasət 18:30
Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
Prezidentin sosial media hesablarında "ADEX 2026" sərgisi ilə tanışlığına dair videoçarx paylaşılıb
Siyasət 18:25
Prezidentin sosial media hesablarında "ADEX 2026" sərgisi ilə tanışlığına dair videoçarx paylaşılıb
Müdafiə Nazirliyinin hərbçilərinin xalis maaşları orta hesabla 22,8% artırılacaq
Siyasət 17:13
Müdafiə Nazirliyinin hərbçilərinin xalis maaşları orta hesabla 22,8% artırılacaq
Deputatlar ümumi pensiya sisteminə keçirilir - İmtiyazlara son
Siyasət 16:43
Deputatlar ümumi pensiya sisteminə keçirilir - İmtiyazlara son
Azay Quliyev qanunsuz tapşırıqdan imtina edən dövlət qulluqçularının qorunmasını təklif edib
Siyasət 15:47
Azay Quliyev qanunsuz tapşırıqdan imtina edən dövlət qulluqçularının qorunmasını təklif edib

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Siyasət 15:38
Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Milli Məclis 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edib
Siyasət 15:22
Milli Məclis 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edib
Zahid Oruc Mirzəli və Sadıqlı ilə bağlı Avropa dövlətlərini hüquqi əməkdaşlığa çağırıb- Video
Siyasət 12:48
Zahid Oruc Mirzəli və Sadıqlı ilə bağlı Avropa dövlətlərini hüquqi əməkdaşlığa çağırıb- Video
Ceyhun Məmmədov süni intellekt və sosial media ilə bağlı ayrıca qanunlar təklif edib
Siyasət 12:10
Ceyhun Məmmədov süni intellekt və sosial media ilə bağlı ayrıca qanunlar təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol