• $
  • £

"Qazprom" Ukraynanı qazla hədələdi

"Qazprom" Ukraynanı qazla hədələdi
01.03.2014 11:51
Rusiyanın “Qazprom” konserni borclarını ödəmədiyi təqdirdə, Ukraynanı qazın qiymətinə olan endirimi ləğv edəcəyi ilə hədələyib.“APA-Economics”in məlumatına görə, bu haqda RİA Novosti Rusiya şirkətinin nümayəndəsi Serqey Kupriyanova istinadən xəbər yayıb. “Görünür, qazın qiymətinin bu cür ödənilməsi və öhdəliklərinin yerinə yetirilməsi ilə Ukrayna hazırda qazın qiymətinə olan endirimi saxlamaya bilər”, - deyə S. Kupriyanov bildirib. O xatırladıb ki, endirim haqda razılaşma ödənişlərin vaxtında edilməsini nəzərdə tuturdu. Şirkət nümayəndəsi əlavə edib ki, onların Ukrayna ilə münasibətləri “yaxşıdır”. Şirkətin məlumatına görə, Kiyevin qaza olan borcu 1,54 mlrd. dollardır. Həmçinin cari qaz nəqlinin ödənişi də edilməyib. “Qazprom”da eyni zamanda qeyd ediblər ki, Rusiya qazının Avropaya nəqli fasiləsiz olaraq həyata keçir.  2014-cü ilin fevral ayında qaz nəqlinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə eynidir. Qaza olan borcunu Kiyevə Moskva bu ilin yanvar ayında xatırladıb. Ukrayna hökuməti borcun bir hissəsini ödəyib. Qeyd edək ki, Ukrayna Rusiya qazına görə endirimi 2013-cü ilin dekabrında Vladimir Putinlə Viktor Yanukoviçin görüşü zamanı əldə edib. Razılığa əsasən, yeni ildən Kiyev yanacağın 1000 kub metrinə görə 400 dollar əvəzinə, 268 dollar ödəyir. Endirim müddəti haqda isə heç bir məlumat verilməyib. Həmin vaxt Rusiya Ukraynaya 15 mlrd. dollar kredit də təqdim edib. Lakin hazırda Rusiya kreditin verilməsini dayandırıb. Xatırladaq ki, Ukraynada fevral ayının sonunda hakimiyyət dəyişikliyi baş verib. Ölkənin Ali Radası prezident Viktor Yanukoviçi hakimiyyətdən uzaqlaşdıraraq, Arsen Yasenyukun rəhbərliyi ilə yeni hökumət qurub. Prezident səlahiyyətlərini isə Ali Radanın yeni spikeri Aleksandr Turçinov icra edir. Bu il may ayına ölkədə növbədənkənar prezident seçkiləri də təyin edilib. Bu, Kiyevdə müxalifət tərəfdarları ilə milis arasında baş verən silahlı toqquşmadan sonra baş verib. Həmin olaylar zamanı 94 nəfər həlak olub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

PAŞA Bank IPO çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzadıb
İqtisadiyyat 15:15
PAŞA Bank IPO çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzadıb
İqtisadiyyat Nazirliyi və SOCAR BP ilə Anlaşma Memorandumu imzalayıb
İqtisadiyyat 15:05
İqtisadiyyat Nazirliyi və SOCAR BP ilə Anlaşma Memorandumu imzalayıb
Türkmənistan ikinci yük gəmisini ilin sonunadək istifadəyə verəcək
İqtisadiyyat 14:07
Türkmənistan ikinci yük gəmisini ilin sonunadək istifadəyə verəcək
Bakı Limanı bu il 120 min TEU konteyner aşırmağı hədəfləyi
İqtisadiyyat 13:48
Bakı Limanı bu il 120 min TEU konteyner aşırmağı hədəfləyi

Azərbaycanda orta aylıq əməkhaqqı 6 %-dən çox artıb
İqtisadiyyat 13:05
Azərbaycanda orta aylıq əməkhaqqı 6 %-dən çox artıb
Yelo Bank-ın tərəfdaşlığı ilə "İlk Risk və Dayanıqlılıq Konfransı" keçirilib
İqtisadiyyat 12:21
Yelo Bank-ın tərəfdaşlığı ilə "İlk Risk və Dayanıqlılıq Konfransı" keçirilib

Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
İqtisadiyyat 12:09
Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib
İqtisadiyyat 11:59
Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib
Türkmənistan Xəzərdə ilk yerli tikilən yük gəmisini istifadəyə verdi
İqtisadiyyat 11:44
Türkmənistan Xəzərdə ilk yerli tikilən yük gəmisini istifadəyə verdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol