Qərbi Azərbaycan İcmasının 7 sənədi BMT rəsmi sənədi kimi yayılıb
Qərbi Azərbaycan İcmasının 7 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bunu Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib.
"Qərbi Azərbaycanlıların problemi bütün dünya azərbaycanlıların problemidir. Ermənistan haqqımızda ərazi iddiamız var ki, çıxılar edir. Bunların heç bir əsası yoxdur. İnsanların öz torpaqlarına, ata-baba yurduna qayıtması hüququdur. Bu hüquqların pozulması ilə beynəlxalq təşkilatlar da fikir bildirməlidir", - deputat dekabrın 6-da Milli Məclisdə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə çıxışında deyib.
Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir.
Prezident 2022-ci ilin dekabrında Qərbi Azərbaycan İcmasının inzibatı binasında iştirak edib. İştirak zamanı Qərbi Azərbaycandan olan bir sıra ziyalılarla görüşüb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət
18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək