• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub

Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
29.04.2026 21:59

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkədə səfərdə olan Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamaria ilə görüş keçirib.

Hacıyev bu barədə “X” sosial şəbəkəsində paylaşım edib və görüşü səmərəli qiymətləndirib.

Onun sözlərinə görə, tərəflər siyasi dialoqun hazırkı səviyyəsini müsbət qiymətləndirib və əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd ediblər.

Hacıyev iqtisadi-ticari əlaqələr, mədəni və humanitar sahələr, həmçinin turizm və insanlararası mübadilə istiqamətlərində əməkdaşlığın inkişafı potensialının olduğunu bildirib.

O, həm Azərbaycan, həm də Kolumbiyanın mina problemi ilə üzləşdiyini qeyd edərək, bu sahədə təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirə olunduğunu vurğulayıb.

Prezidentin köməkçisi, həmçinin Kolumbiya tərəfinin Azərbaycanda ispan dilinin təşviqinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol