• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Sülh sənədi 20 maddədən az olan bir sənəddir - Prezident

Sülh sənədi 20 maddədən az olan bir sənəddir - Prezident
06.12.2023 15:05
Sülh sənədi 20 maddədən az olan kiçik bir sənəddir. Bunu Prezident İlham Əliyev deyib. 
 
"Sülh sənədi 6-7 səhifədən ibarət olan və 20 maddədən az olan bir sənəddir. Ermənistan bizim şərhlərimizə cavab vermək üçün 70 günə yaxın vaxt istəmişdi. İndiyə kimi sülh müqaviləsi ilə bağlı Ermənistanla 5-6 dəfə fikir mübadiləsi aparılıb", - Prezident əlavə edib. 
 
Prezident vurğulayıb ki, Azərbaycan tərəfi sülh sənədi ilə bağlı son şərhini sentyabrın 11-də Ermənistana göndərib. 
 
Dekabrın 4-də Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Milli Assambleyada jurnalistlərin suallarına cavab verərək deyib ki, Azərbaycan Ermənistanın sülh müqaviləsinin altıncı variantı ilə bağlı təkliflərinə cavab verməyib.
 
Noyabrın 30-da Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri sərhədlərin delimitasiya ilə bağlı görüşüb. Görüşdə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri delimitasiya komissiyalarının iclaslarının intensivləşdirilməsi barədə razılığa gəliblər. 

Noyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında Azərbaycanla sülh sənədi üzrə əsas prinsiplər razılaşdırıldığını bildirib.
 
Oktyabrın 14-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial hesabında Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki gecikdirdiyini yazıb.
 
Oktyabrın 26-da Nikol Paşinyan mətbuata açıqlamasında yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalana biləcəyini deyib.
 
2020-ci ilin noyabrında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 

Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
XİN-dən Mirzoyanın iddialarına cavab
Siyasət 20:00
XİN-dən Mirzoyanın iddialarına cavab
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Pakistanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:59
Pakistanın Baş naziri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol