• $
  • £

Zəlzələyə görə şagirdlərin evə buraxılması könüllük əsasında icra olunur - Rəsmi

Zəlzələyə görə şagirdlərin evə buraxılması könüllük əsasında icra olunur - Rəsmi
07.12.2023 09:59
Bakıda zəlzələnin qeydə alınması ilə əlaqədar məktəblərdən şagirdlərin evə göndərilməsi prosesi könüllük əsasında icra olunur. Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumatında deyilir. 

"Dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub. Təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub", - məlumatda bildirilib. 
 
Qurumun açıqlamasında qeyd olunub ki, hazırda heç bir məktəbdə dağıntı yoxdur və məktəblərdə dərslər davam etdirilir. Övladını məktəbdən götürmək isə könüllük əsasında icra olunur. 

Dekabrın 7-də Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ qeyd alınıb. 

Zəlzələ Bakıda və bir sıra ətraf şəhərlərdə hiss olunub. 
 
Gülnar Nazimqızı 
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DİN: Bir gündə 45 cinayətin açılması təmin edilib
Cəmiyyət 10:08
DİN: Bir gündə 45 cinayətin açılması təmin edilib
Bu gün beynəlxalq uşaq kitabı günüdür
Cəmiyyət 10:05
Bu gün beynəlxalq uşaq kitabı günüdür
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 23:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 21:40
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
Cəmiyyət 17:47
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
Cəmiyyət 17:41
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Cəmiyyət 17:15
Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Cəmiyyət 16:10
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Mazasırdə yol çöküb
Cəmiyyət 15:41
Mazasırdə yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol