Azərbaycan ilə Rusiya baş nazirlərinin müavinləri arasında görüş keçirilib
Moskvada Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk ilə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.
Bu barədə Rusiya hökumətinin mətbuat xidməti xəbər verib.
Aleksey Overçuk və Şahin Mustafayev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərinə baxıblar.
İkitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyən ticarətin inkişafının müsbət dinamikası vurğulandı. Görüşdə 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımının 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz təşkil etdiyi bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət
18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək