• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Aİ Azərbaycan Ermənistan sərhədində mülki missiyanın sayını niyə artırır? - Şərh

Aİ Azərbaycan Ermənistan sərhədində mülki missiyanın sayını niyə artırır? - Şərh
12.12.2023 11:40
Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasındakı sərhəddə mülki missiyanın sayını 138-dən 209 çatdırmağı planlaşdırır. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
 
"Aİ Şurası Ermənistandakı mülki missiyamızı gücləndirmək, oradakı mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib” - deyə, o qeyd edib.
 
Deputat Sabir Rüstəmxanlı hesab edir ki, missiyanın fəaliyyəti xoş niyyətdən xəbər vermir.
 
"Mülki missiya nədir? Nə iş görür? Nəyə gəlib ora? Missiyanın üzvləri kimlərdir?  Bu aydın olmayan məsələdir. Heç bir xoş niyyətdən xəbər verən məsələ deyil. Ermənistan çox sayda konsulluqlar açır, missiyalar gətirir, yəni bütün xristan dünyasının missionerləri oradadır. Səfirlikləri ərazisinə yığıb. Balaca Ermənistanı şeytan yuvasına çevirib. Ona görə bunun heç bir mənası yoxdur. Ermənistan özündə iradə tapıb Azərbaycanla özü birbaşa danışıqlar prosesini yekunlaşdırıb, sülh müqaviləsi imzalamalıdır. O öz sərhədləri daxilində qalmalıdır. Bununla o öz gələcəyini təmin edə bilər. Digər bir şəkildə Ermənistan mövcud ola bilməz, necə yaşaya bilər?”, - deputat vurğulayıb.
 
Politoloq Tural İsmayılov hesab edir ki, Avropa İttifaqı missiyasının konkred hədəfləri və məqsədləri bəlli deyil.
 
"Avropa İttifaqının Ermənistandakı missiyasını biz şərh edərkən ən başdan bunun bir kəşfiyyat missiyası olduğunu söyləmişik. Mülki müşahidə missiyasından bəhs edilsə də, faktiki olaraq burada Alman, Fransız, Kanada polis kəşfiyyatının nümayəndələri yer alır. Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası adı altındakı komandasının qrup rəhbəri Markos Ritteri özü köhnə kəşfiyyatçı hesab edilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu missiyanın konkred olaraq hədəfləri və məqsədləri bəlli deyil. Hazırda orada fəaliyyət göstərən missiya nə məqsədlərlə o ərazilərə gəlib aydın deyil. Çünki Azərbaycanla Ermənistan arasında hələ ki, sərhədlər delimitasiya olunmayıb və delimitasiya olunmamış sərhədlərdə hansı müşahidənin aparılacağı özü çox ciddi sual işarələri ilə doludur”, - o qeyd edib.
 
Politoloqun sözlərinə görə, Aİ missiyası Ermənistan ərazisindən Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir.
 
"Biz görürük ki, bu mülki müşahidə adı altındakı kəşfiyyat şəbəkəsinin əvvəlcə müəyyən müddətə gəldiyi vurğulansa da, sonra müddətsiz olduğu açıqlandı. Dayanmadan Ermənistanın müxtəlif şəhərlərində onlara nümayəndəlik ofisləri açırlar. Artıq sayları da artıb. Əlbəttə ki, burada onun hansı missiyanı apardığı bəlli deyil. Bir halda ki, uzunmüddətdir Azərbaycan Ermənistan şərti sərhədlərində ümumiyyətlə vəziyyət gərgin deyil. Ölkələrarası münasibətlərdə də kifayət qədər pozitiv məcralar, tendensiyalar müşahidə edilir. Bu zamanda həqiqətən də bu mülki müdafiə missiyası adı altındakı qrupun məhz Ermənistan ərazisi altından Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti həyata keçirdiyi aydın olur”, - İsmayılov vurğulayıb.
 
Yanvarın 23-də Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın müddəti iki ildir. Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
 
2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.

Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol