• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Bayramovla Mirzoyan yanvarda ABŞ-da görüşə bilər

Bayramovla Mirzoyan yanvarda ABŞ-da görüşə bilər
14.12.2023 09:03
Ermənistanla Azərbaycanın xarici işlər nazirlərinin yanvarda ABŞ-da görüşməsi ilə bağlı razılıq əldə olunub. Bu barədə Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan deyib. 

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmağa hazır deyil, yekun layihə yoxdur. Sülh müqaviləsinin mətninin nəhayət xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdə razılaşdırılacağına ümid var. ”, - Marukyan bildirib

O, Azərbaycanın bu görüşə razı olduğunu bildirib. 
 
Rəsmi Bakı hələlik bu görüşün keçirilməsi ilə bağlı hər hansı açıqlama verməyib. 
 
Politoloq Tural İsmayılov hesab edir ki, yanvarda keçiriləcək görüş iki ölkə arasında sülh məsələsində ciddi irəliləyişlərin əldə edilməsinə səbəb olacaq.

"Artıq Azərbaycan və Ermənistan arasında sülhlə bağlı böyük addımlar atılıb. Xüsusilə iki ölkənin bir çox məsələlərdə anlaşa bilməsi, həmçinin artıq üçüncü tərəf olmadan vasitəçisiz üzbəüz ünsiyyətlər, əsir mübadiləsi, humanitar məsələlərdə razılığın əldə olunması Azərbaycan və Ermənistan arasında növbəti addımların atılmasını zəruri edir. Qarşıda delimitasiya ilə bağlı müəyyən məsələlər var ki, onlar həll edilməlidir. Eyni zamanda iki ölkə arasında sülh müqaviləsinə əngəl törədən fikir ayrılıqlarının aradan qaldırılması məsələsi xüsusilə önəmli əhəmiyyətə malikdir”, - o əlavə edib.

Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycanın bəzi kəndlərlə bağlı məsələsini həll etməlidir.

"Ermənistan Azərbaycanın bəzi kəndləri ilə bağlı məsələni də həll etməlidir. Qazaxın kəndləri və Naxçıvanın Kərki kəndi delimitasiya prosesinin razılaşması fonunda mütləq formada Azərbaycana geri qaytarılmalıdır. Məncə bununla bağlı ortada çox ciddi iradə var. Əgər ortada səmimiyyət varsa, Ermənistan provokasiyalar davam etməsə, Azərbaycan və Ermənistanın müxtəlif nümayəndələri arasında keçirilən hər bir görüş iki ölkə arasında sülh və gələcək əməkdaşlıq perspektivləri üçün dəyərli və önəmlidir. Təssüflər olsun ki, bir çox paytaxtlarda keçirilən qarşılıqlı görüşlərdə irəliləyişlər əldə edilsə də, məhz Ermənistanın təxribatları səbəbindən proses pozulmuşdu. Bu baxımdan məncə, gələn ay Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirləcək görüş vacib əhəmiyyətə malik olaca”, - İsmayılov qeyd edib.

Bir gün əvvəl, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sülh sənədi üzrə işlərin böyük bir hissəsi həll olunub. 
 
Noyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında Azərbaycanla sülh sənədi üzrə əsas prinsiplər razılaşdırıldığını bildirib.
 
Oktyabrın 14-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial hesabında Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki gecikdirdiyini yazıb.
 
Oktyabrın 26-da Nikol Paşinyan mətbuata açıqlamasında yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalana biləcəyini deyib.
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yarandığını qeyd edib.
 
2020-ci ilin noyabrında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 
 
Gülnar Nazimqizi 
Aygün Mirakif
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
XİN-dən Mirzoyanın iddialarına cavab
Siyasət 20:00
XİN-dən Mirzoyanın iddialarına cavab
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Pakistanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:59
Pakistanın Baş naziri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol