• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Niderlandın Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir - Ayxan Hacızadə

Niderlandın Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir - Ayxan Hacızadə
14.12.2023 20:59
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığı hökumətinin Ermənistana yardım ayrılması barədə verdiyi 13 dekabr tarixli açıqlamada "etnik erməni anklavına qarşı Azərbaycanın hücumu nəticəsində 100 min erməninin öz evlərindən güclə qovulduqları”nı bəyan etməsinə münasibət bildirib.

Bu haqda XİN məlumat yayıb.

"Niderland Krallığı hökumətinin sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir.
Niderland 30 il ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün işğalçı və təcavüzkar Ermənistan tərəfindən pozulması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütməsi, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktlarını heç zaman diqqətə almayıb.

Azərbaycanın dəfələrlə ərazilərimizdə qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin bölgədə təhlükə mənbəyi olduğunu bildirməsinə və beynəlxalq hüquqa uyğun olaraq onların dərhal çıxarılmasına dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq, Niderland tərəfinin Azərbaycanın öz ərazilərində həyata keçirdiyi antiterror tədbirlərini tənqid etməsi qərəzli yanaşmanın bariz nümunəsidir.

Vətən müharibəsinin, habelə bu ilin sentyabrında həyata keçirilən 24 saatlıq antiterror tədbirlərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın suveren ərazilərində reallaşdırıldığını, ölkəmizin legitim üsullarla öz suverenliyini bərpa etdiyini bir daha xatırladırıq.

Azərbaycan heç vaxt erməni sakinləri Qarabağdan çıxarmayıb və bölgəni tərk etməmək barədə ölkəmizin çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə miqrasiya etmək onların qərarı olub. Birləşmiş Millətlər Təşkilatının bölgəyə missiyaları Azərbaycan tərəfinin mülki əhalini hədəf almadığını təsdiqləyib və Niderland Krallığında yerləşən Beynəlxalq Ədalət Məhkəməsi də bu istiqamətdə Ermənistanın son iddialarını rədd edib.

Niderland tərəfinin bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafına və tərəqqisinə maneə törədən belə bəyanatlara son qoyması faydalı olardı”, - Ayxan Hacızadə deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
XİN-dən Mirzoyanın iddialarına cavab
Siyasət 20:00
XİN-dən Mirzoyanın iddialarına cavab
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Pakistanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:59
Pakistanın Baş naziri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol