• $
  • £

Müxalifət partiyalarından kimlər seçkiyə qatılacaq?- SİYAHI

Müxalifət partiyalarından kimlər seçkiyə qatılacaq?- SİYAHI
16.12.2023 14:12
2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Namizədliyi hakim partiya tərəfindən irəli sürülmüş hazırkı prezident İlham Əliyevə kim rəqib olacaq? 
 
Bəs müxalif partiyalar növbədənkənar prezident seçkilərində namizəd olacaqlarmı?
 
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev özünə inamı olan partıyaların həmişə seçkilərə hazır olmalı olduğunu və seçkilərdə iştirak etmək üçün namizəd olacağını bildirib.
 
"Biz bunu gözləyirdik. Prezidentin Qarabağda qazandığı nailiyyətlərdən sonra bu gözlənilən idi. Prezident Qarabağda əldə etdiyi nailiyyətdən sonra  xalq arasında real reytinqini bilmək istəyir. Bu sınaq dövrüdür.Məncə, bu lazım idi. Biz daha çox gələn il parlament seçkiləri gözləyirdik. Bu seçkinin də keçirilməsi normal haldır. Seçki xalqın nəbzini yoxlamaq üçün indiqator rolunu oynayacaq. Bundan sonra görüləcək işlər üzərimizdə olan basqıların aradan qaldırılmasına böyük təkan olacaq. Xalqdan asılıdır, xalq kimə səs verəcəksə, o da seçiləcək.
 
Özünə inamı olan partiya seçkilərə hazır olmalıdır. Biz də seçkilərə həmişə hazır olmuşuq. Biz də seçkilərdə iştirak etmək üçün namizəd olmağı düşünürük. Prezidentliyə ən böyük rəqib özümü görürəm. Çünki 4 dəfə prezident seçkilərində iştirak etmiş bir insanın qalib gəlmə şansı çox böyükdür. Bu xalqdan və sizlərdən asılıdır. Hər kəs son illərdə apardığımız mübarizənin şahididir. Korrupsiyaya, rüşvətxorluğa, ədalətsizliyə qarşı həmişə mübarizə aparmışıq. Məncə, xalqımız bu seçkidə səsvermə günündə bunu nəzərə alacaq və özünün gələcəyinə, xoş günlərinə səs verəcək. Hər halda cənab prezident və bizim aramızda yarış gedəcəkdir və ikimizdən biri qalib olacaq. Yenə də şər qüvvələrə qarşı ciddi mübarizə aparacam, Azərbaycanın yad ellərin, xarici kəşfiyyatın Azərbaycandakı nümayəndələrin əlinə keçməsinə icazə verməyəcəm.  Öz mövqeyimi yenə ortaya qoyacam”, - sədr qeyd edib.
 
Müsavat Partiyasının başqanı Arif Hacılı anews.az-a açıqlamasında bildirib ki, seçki məsələsi partiya strukturlarında geniş müzakirə olunur və qərar verilərsə, namizəd olacağını söyləyib.
 
"Biz bütün rayon təşkilatlarının sədrlərinin, partiya fəallarının rəylərini, cəmiyyətdə olan əhval-ruhiyyəni öyrənməkdə davam edirik. Partiyada bu mövzunun müzakirəsi ilə əlaqədar 2 yığıncağı olub. Rayon təşkilatının fəalları ilə görüşlər təşkil edilib. Bu bundan sonra da davam edəcək. Eyni zamanda bu məqsədlə müəyyən sorğular keçiririk. Bütün məlumatların toplanması başa çatdıqdan sonra qərarımızı açıqlayacağıq. Əgər Müsavat Partiyası seçkilərə qatılmaq barədə qərar qəbul edərsə, namizəd özüm olacam”, - sədr vurğulayıb.
 
Müsavat Partiyasının üzvü və Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həbsi ilə əlaqədar olaraq partiya ani qərar dəyişikliyi edərək növbədənkənar seçkilərdə iştirakdan imtina edib.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi partiyanın keçiriləcək qurultayında seçkilərdə iştirak edib-etməməklə bağlı qərar veriləcəyini deyib.
 
"Ayın 16-da Maştağa Mədəniyyət Mərkəzində partiyamızın qurultayı olacaq. Burada seçkidə qeydiyyatdan keçib-keçməməklə bağlı qurultay qərarı olacaq. Qurultayda təxminən 200-ə yaxın adam iştirak edəcək. Seçkidə iştirak etmək barədə qərar qəbul edilərsə, biz də partiya olaraq namizəd olacağıq. Prezidentliyə namizəd həmişə partiyanın sədridir”, - o əlavə edib.
 
Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev növbədənkənar prezident seçkilərində namizəd olmub-olmamağı ilə bağlı partiyada toplantı keçirildikdən sonra qərar verəcəyini qeyd edib.
 
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa növbədənkənar seçkilərdə namizəd olmaq məsələsinin partiyada müzakirə edildikdən sonra məqsədəuyğun olarsa, baxılacağını söyləyib.
 
"Növbədənkənar prezident seçkilərinin keçirilməsi çox mühüm hadisədir. Azərbaycan ilk dəfədir torpaqları işğaldan azad olunmuş, bütün ərazilərinin sakinlərinin iştirak edə biləcəyi seçki prosesinə qoşulub. Bu sevindirici haldır. Əvvəllər işğal altında olan bölgələri qaçqın və məcburi köçkün statusunda iştirak edirdilər, öz vətən torpaqlarında, doğma ocaqlarında seçkini təşkil etmək mümkün olmurdu. İndi bu yeni bir situasiyadır. Seçkinin gedişi partiyalarda müzakirə ediləcək. Biz bütövlükdə seçkidə ya namizəd statusunda, ya da namizəd olmayan statusda belə aktiv iştirak edəcəyik. Çünki seçirələrdən öz təmsilçilərimiz var, seçki prosesində partiya olaraq ən aktiv partiyaların sırasında yer alacağıq. Bu gözlənilməz bir şey olmayacaq. Namizədlik məsələsi də, geniş müzakirələrdən sonra məqsədə uyğun olarsa, məsələ baxılacaq”, - deputat qeyd edib.
 
Bundan sonra o, "Report" agentliyinə  açıqlamasında növbədənkənar prezident seçkilərində namizəd olacağını söyləyib.
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğu növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizəd olmayacağını bildirib.
 
Ağ Partiyanın sədri Tural Abbaslı növbədənkənar prezident seçkilərində namizəd olub-olmamaqla bağlı yekun qərarın verilmədiyini deyib.
 
"Bu müzakirələr hələ də davam edir və yekun qərar hələ ki, yoxdur. Qərar verildikdən sonra, partiyadan namizəd qismində kimin iştirak edəcəyi açıqlanacaq”, - o əlavə edib.
 
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı növbədənkənar prezident seçkilərində namizəd olmayacağını deyib.
 
Ana Vətən Partiyası sədri, deputat Fəzail Ağamalı partiya olaraq növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürəcəyini vurğulayıb.
 
"Partiya olaraq seçkilərdə iştirak edəcəyik. 2003-cü ildən bu günə qədər namizədimiz İlham Əliyev olub. Qarşıdan gələn prezident seçkilərində də namizəd kimi İlham Əliyevi irəli sürəcəyik. Qurultayımızı keçirib onun  namizədliyini irəli sürüb cənab prezidentin ümumxalq mübarizəsində yer alacağıq”, - sədr söyləyib.
 
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət 21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:18
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Siyasət 18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Siyasət 17:05
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət 13:42
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Siyasət 12:40
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Siyasət 22:30
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:37
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Siyasət 19:15
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox