• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

"Dilmanc"ın yeni versiyası istifadəyə verilib

"Dilmanc"ın yeni versiyası istifadəyə verilib
28.02.2014 14:37
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni internet texnologiyalarının yaradılması istiqamətində kompleks işlər həyata keçirir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən APA-ya verilən məlumata görə, bu işlərin tərkib hissəsi kimi, "Dilmanc" tərcümə sisteminin yeni versiyası istifadəyə verilib. Bu versiyada mətnləri Azərbaycan, ingilis və rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilib. Yeni versiya mətnləri Azərbaycan dilindən ingilis və rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək, tək söz daxil etdikdə həmin sözün lüğətdəki tərcüməsinə, nitq hissələri və sinonimlərinə baxmaq, «Nümunələr» düyməsinə basmaqla həmin sözün işləndiyi cümlələr və onların tərcümələrini görmək imkanlarına malikdir. «Dilmanc» tərcümə sisteminin yeni versiyasında tərcümə nəticəsində alınmış mətn çox uzun və yorucudursa, «Səsləndir» düyməsinə basmaqla həmin mətnin səsli oxunuşuna qulaq asmaq, «Android» əsasında işləyən telefon və planşetlərə «Dilmanc Mobile Translator» proqramını yükləməklə şifahi danışığı, mətni və tək sözləri Azərbaycan, ingilis və rus dilləri arasında tərcümə etmək mümkündür. Proqram istifadəçilər arasında böyük populyarlıq qazanıb, «Play Store»da istifadəyə verildiyi gündən 2 ay müddət ərzində 40 min dəfəyə yaxın yüklənib. Proqramın yeni versiyası www.dilmanc.az saytında onlayn tərcümə portalı kimi istifadəyə verilib və artıq proqramı kompüterə yükləməyə ehtiyac yoxdur. Bu, bütün əməliyyat sistemləri və mobil qurğularda istifadə edilə bilmə baxımından da əlverişlidir. Bu sistemin ilk versiyası müəyyən mövzularda istifadəçinin şifahi suallarını da başa düşərək ona cavab verəcək. Qeyd edək ki, layihənin elmi məsləhətçisi rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovdur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 22:43
Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Culfada elektrik enerjisinin verilişində fasilələr olacaq
Cəmiyyət 22:00
Culfada elektrik enerjisinin verilişində fasilələr olacaq
Sumqayıtda yaşayış binasında yanğın olub - Video
Cəmiyyət 20:30
Sumqayıtda yaşayış binasında yanğın olub - Video
Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb
Cəmiyyət 19:40
Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:28
Bu ərazilərdə qaz olmayacaq
Şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
Cəmiyyət 17:17
Şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
Azərbaycan və BƏƏ prezidentləri Şuşada Milli Xalça Muzeyinin filialında olublar
Cəmiyyət 15:38
Azərbaycan və BƏƏ prezidentləri Şuşada Milli Xalça Muzeyinin filialında olublar
Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib
Cəmiyyət 15:35
Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib
Cəlilabadda məktəblilər arasında mübahisə ölümlə nəticələnib/Yenilənib
Cəmiyyət 15:23
Cəlilabadda məktəblilər arasında mübahisə ölümlə nəticələnib/Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol