• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Ermənistan sülh istəyirsə, Azərbaycana qarşı düşmənçilik fəaliyyətinə son qoyulmalıdır - İcma

Ermənistan sülh istəyirsə, Azərbaycana qarşı düşmənçilik fəaliyyətinə son qoyulmalıdır - İcma
19.12.2023 20:41
Erməni diasporunun əlində oyuncağa çevrilmiş Luis Okampo Azərbaycanı "soyqırımı”nda ittiham edən növbəti qondarma hesabatla çıxış edib. Xocalı qatillərinin tutulmasına göz yaşı tökən səlibçi mentalitetli Luis Okampo bunu "erməni soyqırımının tərkib hissəsi" kimi qələmə verir. O, daha doğrusu, bu cızmaqaranı onun adından yazmış şəxslər "Dağlıq Qarabağ etnik qrupu” kimi "dahiyanə elmi kəşf” edib.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Cızmaqarada 2017-ci ildə "İvanyan (ermənilərin Xocalıya verdiyi eybəcər ad) Artsaxın Azərbaycan işğalından azad edilmiş inkişaf edən kəndidir” deməklə Azərbaycan xalqını təhqir edən Artak Beqlaryan kimi irqçi klounun ifadəsi yer alıb:
"Hesabatda bu il Azərbaycan əleyhinə təşkil edilmiş BMT Təhlükəsizlik Şurasının iclaslarına, ABŞ senatında dinləmələrə, "The New York Times", "The Washington Post" kimi qəzetlərdə ölkəmizə qarşı yer almış şər-böhtan yazılara toxunan L.Okampo əslində özünün də cəlb edildiyi kampaniya barədə aydın ipucuları verir.

Azərbaycan və Ermənistan arasında əldə edilmiş 7 dekabr anlaşması fonunda belə əməllərin məqsədi sülh prosesinə mane olmaqdır. Bir sıra regiondankənar dairələr Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı deyil. Belə kağız parçaları bu ilin yay aylarında olduğu kimi Ermənistana boş ümid verməməlidir.

Ermənistan əgər sülh istəyirsə, onda ərazisində olan Qarabağ ermənilərinin təxribatçı tör-töküntülərinin Azərbaycana qarşı düşmənçilik fəaliyyətinə son qoymalıdır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
XİN-dən Mirzoyanın iddialarına cavab
Siyasət 20:00
XİN-dən Mirzoyanın iddialarına cavab
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Pakistanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:59
Pakistanın Baş naziri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol