• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Məhbus istintaq təcridxanasında intihara cəhd edib

Məhbus istintaq təcridxanasında intihara cəhd edib
22.12.2023 16:22
Siyasi məhbus kimi tanınan Şahin Verdiyev dekabrın 22-də Gəncə 2-ci istintaq təcridxanasında intihara cəhd edib. Bu barədə onun anası  Seminarə Cəfərova məlumat verib.
 
Onun sözlərinə görə, oğlu  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittihamlara etiraz olaraq bu addımı atıb.

"Səhər tezdən kamerada özünü asmaq istəsə də, kəndir qırılıb. Bundan sonra kamera yoldaşı onun yenidən özünü asmaq cəhdinin qarşısını alıb.  Oğlum martın 9-da narkotik saxlama maddəsi ilə  saxlanılıb. O, bu böhtan xarakterli ittihama etiraz edir”, - Cəfərova bildirib.

Məhkumun vəkili Elçin Sadıqov bildirib ki, müdafiə etdiyi şəxsin intihara cəhd etməsi ilə bağlı Penitensiar Xidmətə məlumat verib.

"Şahin Verdiyev 2018-ci ilin iyulunda Gəncə hadisələri ilə bağlı daha əvvəl həbs edilib. Həbs olunduqdan sonra işgəncələrə məruz qalıb, bu da səhhətində ciddi problemlər yaradıb. Bir il sonra o, sərbəst buraxıldı. Bu ilin martında Verdiyev yenidən həbs edilib. Məhkəmədə o, yenidən döyüldüyünü və təcridxananın xəstəxanasına yerləşdirildiyini bildirib”, – vəkil bildirib.

Penitensiar Xidmət məsələyə ilə bağlı hər hansı açıqlama verməyib. 

Verdiyev 2018-ci ildə Gəncədə icra hakimiyyətinin sabiq başçısı  Elmar Vəliyevə sui-qəsddən bir həftə sonra saxlanılıb. Məhkəmədə o, polisin işgəncələrindən danışıb. O, başını suya salmaqla boğudulduğunu, dəyənəklə döyüldüyünü və stulun ayaqları ilə döyüldüyünü iddia edib.

Onun iddiasına görə, müstəntiqlər  bu əməllərə onu "saxta etirafa imza atdırmaq məqsədilə” edib. 
 
Hüquq müdafiəçiləri Şahin Verdiyevi siyasi məhbuslar siyahısına salıb. Rəsmi Bakı isə Azərbaycanda siyasi məhbusların olmadığını bildirir. 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
XİN-dən Mirzoyanın iddialarına cavab
Siyasət 20:00
XİN-dən Mirzoyanın iddialarına cavab
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Pakistanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:59
Pakistanın Baş naziri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol