• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

"3+3" formatında Ermənistan Azərbaycanla sülh imzalaya bilər

27.12.2023 22:53
Ermənistan Azərbaycanla 3+3 formatlı çərçivədə sülhə nail ola bilər. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan deyib.

"Yeni ilin qarşıdakı aylarında davamlı sülhə nail olmaq mümkündür. Xarici müdaxilə olmadan İran, Rusiya və Türkiyənin iştirakı ilə 3+3 formatı çərçivəsində Ermənistan və Azərbaycan arasında real sülhə nail olmaq mümkündür. ” - nazir Ermənistanın xarici işlər naziri ilə danışarkən deyib.

Ermənistan xarici işlər naziri əlavə edib ki, İrəvan sülh sazişinin bağlanması üçün Bakıdan növbəti təkliflər paketi alıb və vaxtında cavab verəcək. 

Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və sonradan "3+3” adını alıb. Rusiya və İran bu ideyanı alqışlayıb və Ermənistan da bu formata qoşulub. Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bəyan edib. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib.

Bir gün əvvəl Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla MDB iclasından sonra sülh gündəliyi ilə bağlı məsələni müzakirə edib. 

Dekabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan televiziyasında müsahibəsində bildirib ki, Ermnistanla 2024-cü il görüşlərin keçirilməsinə ümid edir. 

 

Nazir bildirib ki, sülh müqaviləsi sənədi ilə bağlı noyabrda Ermənistan aldıqları təkliflər paketini işləyərək Ermənistana göndəriblər.

 
Bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar. 
 
Yanvarda Ermənistanla Azərbaycanın xarici işlər nazirlərinin yanvarda ABŞ-da görüşməsi ilə bağlı razılıq əldə olunub. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
XİN-dən Mirzoyanın iddialarına cavab
Siyasət 20:00
XİN-dən Mirzoyanın iddialarına cavab
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Pakistanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:59
Pakistanın Baş naziri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol