• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Zahid Oruc seçki üçün lazım olan 40 min səsi toplayıb

Zahid Oruc seçki üçün lazım olan 40 min səsi toplayıb
02.01.2024 17:00
7 fevral 2024-cü il tarixində keçiriləcək prezident seçkilərində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

Seçki Məcəlləsinə müvafiq olaraq, 60 dairədən minimum 50 imza olmaqla, etibarlı imzaların sayına dair müəyyənləşdirilmiş kvotada toplanan imzalarla birlikdə, namizədin gəlirlərinin miqdarı və mənbələrinə dair məlumat, o cümlədən, mülkiyyət hüququ əsasında ona məxsus əmlak barəsində sənədlər və ilkin maliyyə hesabatı da seçici imzalarına əlavə olunaraq, MSK-ya təqdim edilib.
 
Zahid Orucun səlahiyyətli nümayəndəsi ilə Komissiyada sənədlərin verilməsinə dair müvafiq protokol tərtib olunub.
Zahid Orucun Seçki Qərargahı imzatoplama kampaniyasının azad və hüquqi tələblər səviyyəsində keçirildiyini xüsusi qeyd edir, ona imza verən hər bir vətəndaşa səmimi təşəkkürlərini çatdırır, kampaniyada iştirak edən könüllülərin fədakarlığını ümumxalq aksiyasına yüksək töhvə kimi dəyərləndirir, rəsmən qeydə alınacağına inandığını, seçki platforması və təbliğat-təşviqat kampaniyasının aktiv bir şəkildə aparılması üçün hazırlıq işlərini davam etdirir

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Президент Азербайджана и Премьер-министр Пакистана выступили с заявлениями для прессы
Siyasət 21:24
Президент Азербайджана и Премьер-министр Пакистана выступили с заявлениями для прессы
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
XİN-dən Mirzoyanın iddialarına cavab
Siyasət 20:00
XİN-dən Mirzoyanın iddialarına cavab
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol