Ali məktəblərdə boş plan yerinin sayı 3 mini ötüb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2022-2023-cü tədris ili üçün keçirilən qəbul imtahanından sonra 3349 plan yeri boş qalıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.
"Azərbaycanda hər il 6-7 min plan yeri ali məktəblərdə boş qalır və universitetlər üçün ciddi maliyyə itkisinə səbəb olur”, - Kamran Əsədov öz sosial şəbəkə hesabında bildirib.
Təhsil üzrə ekspert Elmin Nurinin fikrincə, əmək bazarında təlabat olan ixtisaslara boş plan yeri qalmır. Plan yeri boş qalan ixtisaslar xüsusən regionlarda fəaliyyət göstərən universitetlərin nəznindəki bəzi ixtisaslardır.Buna səbəb isə abituriyentlər arasında həmin ixtisaslara marağın olmamasıdır.
"Hazırda əmək bazarına nəzər salsaq müşahidə etmiş oluruq ki, boş qalan plan yerlərinə təlabat abituriyentlərin maraq göstərdiyi ixtisaslara olan təlabatdan daha çoxdur. Odur ki, boş qalan ixtisaslarla bağlı abituriyentlər arasında xüsusi maarifləndirmə işləri aparılmalıdır”,- Nuriyev bildirib.
2022-23-cü tədris ili üçün keçirilən imtahanlardan sonra şərabçılıq, balıqcılıq, baytarlıq , ekomühəndislik kimi ixtisaslar üzrə boş plan yerləri qalıb.
Nəzrin Abbaszadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər