• $
  • £

Qanunsuz poçt xidmətləri ilə bağlı xəbərdarlıq edilib

Qanunsuz poçt xidmətləri ilə bağlı xəbərdarlıq edilib
16.01.2024 15:39
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) bəzi fiziki və hüquqi şəxslər tərəfindən lisenziyasız sürətli poçt xidmətlərinin (karqo xidməti) göstərilməsi barədə məlumatlar daxil olur.

İKTA bəyan edir ki, bir sıra fiziki və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələblərindən yayınaraq xidmət şəbəkəsini sürətli şəkildə genişləndirmək məqsədilə bəzi ünvanlarda lisenziya almadan sürətli poçt xidmətləri göstərilir.

Bu isə öz növbəsində bazarda rəqabət mühitinin pozulması, xidmət keyfiyyətinin aşağı düşməsi və istehlakçı hüquqlarının pozulması ilə nəticələnə bilər.
Tənzimləyici qurum sürətli poçt xidmətləri bazarında yaranmış belə sui-istifadə hallarından narahatdır və bildirir ki, lisenziyasız sürətli poçt xidməti göstərən fiziki və ya hüquqi şəxslərin fəaliyyəti qeyri-qanunidir.

Xatırladaq ki, istifadəçilər verilmiş lisenziyalar barədə məlumatlarla bu linkdə tanış ola və həmin şəxslərin fəaliyyətinin qanuni olub-olmamasını müstəqil şəkildə yoxlaya bilərlər. Həmçinin vətəndaşlar lisenziyaların mövcudluğunu öz poçt operatorları ilə dəqiqləşdirmək imkanına malikdirlər.

İKTA poçt xidməti istifadəçilərini qeyd olunan məsələlərdə daha diqqətli olmağa və bu kimi hallarla qarşılaşdıqda aidiyyəti üzrə tənzimləyici quruma (tel.: +99412 498-11-22; e-poçt: [email protected]) məlumat verməyə çağırır.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İrandan Hörmüz boğazı ilə bağlı - Xəbərdarlıq
Cəmiyyət 22:43
İrandan Hörmüz boğazı ilə bağlı - Xəbərdarlıq
Ağcabədidə kanaldan 40 yaşlı qadın meyiti tapıldı
Cəmiyyət 18:49
Ağcabədidə kanaldan 40 yaşlı qadın meyiti tapıldı
Avtomobil yollarının vəziyyəti açıqlanıb
Cəmiyyət 17:09
Avtomobil yollarının vəziyyəti açıqlanıb
Leysan yağışları Dağıstan kəndlərindən birinin girişindəki bəndi dağıdıb
Cəmiyyət 17:03
Leysan yağışları Dağıstan kəndlərindən birinin girişindəki bəndi dağıdıb
Bu tarixədək qarpız yeməyin! - XƏBƏRDARLIQ
Cəmiyyət 16:24
Bu tarixədək qarpız yeməyin! - XƏBƏRDARLIQ
В Туапсе задержали двух местных жителей, планировавших теракт
Cəmiyyət 16:20
В Туапсе задержали двух местных жителей, планировавших теракт
İranda denqe qızdırmasına yoluxanların sayı artdı
Cəmiyyət 16:08
İranda denqe qızdırmasına yoluxanların sayı artdı
Турпоток в Азербайджан с Ближнего Востока сократился на 14%
Cəmiyyət 15:40
Турпоток в Азербайджан с Ближнего Востока сократился на 14%
CIA-dan sonra general da Kubaya getdi
Cəmiyyət 14:31
CIA-dan sonra general da Kubaya getdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol