• $
  • £

Dövlət Sərhəd Xidmətinə yeni səlahiyyət verilib

Dövlət Sərhəd Xidmətinə yeni səlahiyyət verilib
29.01.2024 19:44
Dövlət Sərhəd Xidmətinə yeni səlahiyyət verilib.

Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı "Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçiriləcək.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitlərin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etsin.

Qərar 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Elçin Əmirbəyov və Jiri Brodski Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ediblər
Siyasət 23:23
Elçin Əmirbəyov və Jiri Brodski Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ediblər
Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb
Siyasət 18:25
Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb
Prezident yeni səfirləri qəbul edib
Siyasət 14:30
Prezident yeni səfirləri qəbul edib
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Siyasət 19:30
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Siyasət 11:29
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol