• $ 1.7
  • € 1.9857
  • ₽ 0.021172
  • ₺ 0.0395
  • £ 2.2883

Sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejimi tənzimlənib

Sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejimi tənzimlənib
03.02.2024 11:39
Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi istiqamətində Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi ilə bağlıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, dəyişiklik ölkədaxili yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin vergi rejiminin sadələşdirilmiş qaydada, əldə edilən gəlirin məbləğindən asılı olmayaraq Vergi Məcəlləsinin 220.5-ci maddəsində müəyyən edilmiş vergi dərəcələri ilə yerinə yetirməsinin ləğvini nəzərdə tutur. Həmin şəxslər vergi öhdəliklərini 2% dərəcə ilə sadələşdirilmiş vergi və ya mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirəcək (rüb ərzində 30% limit nəzərə alınmaqla), eyni zamanda illik dövriyyə 200 min manatı keçdikdə məcburi ƏDV qeydiyyatı öhdəliyi yaranacaq.

Sərnişin daşıma ilə məşğul olanlara münasibətdə isə mövcud vergi rejimi saxlanılır və bu şəxslərə (taksi istisna olmaqla) göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edərsə, könüllü qaydada ƏDV qeydiyyatına durmaqla fəaliyyətlərini mənfəət (gəlir) vergisinin və ƏDV-nin ödəyicisi kimi davam etdirmək hüququ verilir.

Bu istiqamətdə digər dəyişiklik taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən aylıq məlumatların Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməsi və göstərilən məlumatları müəyyən edilən müddətdə təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən taksi sifarişi operatorlarına 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Pulunu artırmağın parlaq yolu
İqtisadiyyat 15:43
Pulunu artırmağın parlaq yolu
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
İqtisadiyyat 15:31
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
İqtisadiyyat 10:12
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:10
Azərbaycan nefti bahalaşıb
Əmək müqavilələrinin sayı artıb
İqtisadiyyat 09:46
Əmək müqavilələrinin sayı artıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
İqtisadiyyat 08:56
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
"Azeri Light" neftinin qiyməti büdcə hədəfindən aşağı düşüb
İqtisadiyyat 08:45
"Azeri Light" neftinin qiyməti büdcə hədəfindən aşağı düşüb
Neft qiymətləri İran və Venesuela gərginliyi fonunda bahalaşır
İqtisadiyyat 08:39
Neft qiymətləri İran və Venesuela gərginliyi fonunda bahalaşır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol