• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

İsgəndəriyyə Kitabxanası Nizami Gəncəvi irsindən ibarət kataloq hazırlayır

İsgəndəriyyə Kitabxanası Nizami Gəncəvi irsindən ibarət kataloq hazırlayır
24.02.2014 23:07
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Elektron Kitabxanasının icraçı direktoru İsmayıl Seragəldinin rəhbərliyi ilə İsgəndəriyyə Kitabxanası tərəfindən Şərq mədəniyyətinin dahisi sayılan Nizami Gəncəvi irsindən ibarət kataloq ilkin hazırlıq mərhələsindədir.Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kataloqa Nizami Gəncəvi irsini araşdıran dünya tədqiqatçılarının bütün əlaqələri, “Xəmsə”nin əlyazmalarının dünya arxivlərində mövcud olan nüsxələrinin qeydiyyatı, Nizami Gəncəvi irsinə həsr olunmuş kitablar, araşdırmalar, məqalələr, analizlər daxildir. Layihənin I mərhələsində Harvard, Kembridc, Oksford, Konqres Kitabxanası, Fransa Milli Kitabxanası və İsgəndəriyyə Kitabxanasındakı arxivlərin kataloqlaşdırılması nəzərdə tutulub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin Afina şəhərində keçirilən V toplantısında bu layihənin təqdimatı keçirilib. Təqdimatda iştirak edən Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Rumınyanın sabiq prezidenti Emil Konstantinesku, UNESCO-nun xoşməramlı səfiri Marianna V. Vardinoyannis və digər rəsmilər layihəni Nizami Gəncəvi irsinin araşdırılması istiqamətində atılan ən önəmli addım kimi qiymətləndiriblər. Bu arada  Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu ilin aprelində Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq çərçivəsində növbəti müzakirələr baş tutub. Albaniyanın sabiq prezidenti Rexhep Meidani, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Serbiyanın sabiq prezidenti Boris Tadiç və Avropa Parlamentinin Demokratikləşdirmə Komitəsinin sədri, Yunanıstanın sabiq Xarici işlər naziri Dora Bakoyannis ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri arasında keçirilən görüş zamanı Foruma hazırlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Azərbaycan Prezidentinin himayəsi ilə inkişaf etməkdə olan bu qlobal təşəbbüs Şərqlə Qərb, xüsusilə də islam və xristian dünyası arasında dialoqun yaradılmasına göstərilən önəmli dəstəkdir. Artıq dünyanın 60-a yaxın ölkəsindən bu təşəbbüsə müsbət dəstək gəlib və dünyanın bütün materiklərindən liderlərin toplanması nəzərdə tutulub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevdən Cahangir Novruzovla bağlı- Sərəncam
Mədəniyyət 17:41
Əliyevdən Cahangir Novruzovla bağlı- Sərəncam
Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - Video -Yenilənib
Mədəniyyət 22:19
Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - Video -Yenilənib
“Biri var idi, biri yox idi” – Sivvadan NAĞIL KİMİ LAYİHƏ
Mədəniyyət 20:27
“Biri var idi, biri yox idi” – Sivvadan NAĞIL KİMİ LAYİHƏ
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Mədəniyyət 10:09
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
UVS Production debüt konsert proqramını təqdim edib
Mədəniyyət 13:56
UVS Production debüt konsert proqramını təqdim edib
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
Mədəniyyət 10:00
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Mədəniyyət 08:33
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”
Mədəniyyət 13:13
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Mədəniyyət 11:14
Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol