• $
  • £

İlham Əliyev pakistanlı həmkarını təbrik edib

İlham Əliyev pakistanlı həmkarını təbrik edib
23.03.2024 11:38
Azərbaycan Prezidenti İlham Əliyev pakistanlı həmkarı Asif Əli Zərdarini Pakistan Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi bizi sevindirir. Dini-mədəni köklər və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin gündən-günə genişlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımızın güclənməsi məmnunluq doğurur.

Bu gün siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə səmərəli əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır.
 
Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Biz Pakistana Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.

Əminəm ki, Azərbaycan-Pakistan çoxşaxəli münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə və qətiyyətlə həyata keçirəcəyik.
Belə bir bayram günündə Sizə ən xoş arzularımı çatdırır, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Siyasət 13:41
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol