• $
  • €
  • ₽
  • ₺
  • £

Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanılır

Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanılır
01.04.2024 18:47
Taksi vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar artıq müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər.Bu barədə AYNA-dan bildirilib.
 
İcazələrin verilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yaradılan "AYNA” informasiya sisteminin "Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. 

İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.
 
Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.

Elektron portaldan istifadə zamanı çətinliklərin yaşanmaması üçün AYNA tərəfindən taksi parklarına təlimlər keçirilib və xidmətdən istifadə qaydaları ilə bağlı video təlimat hazırlanıb.
 
Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş məsafəsi 500-1000 metrədəkməhdudlaşacaq
Cəmiyyət 16:00
Yollarda görünüş məsafəsi 500-1000 metrədəkməhdudlaşacaq
Qaradağda məktəbdə direktorun maşını yandırılıb
Cəmiyyət 15:26
Qaradağda məktəbdə direktorun maşını yandırılıb
Sentyabrda ət və tərəvəz bahalaşıb - siyahı
Cəmiyyət 15:07
Sentyabrda ət və tərəvəz bahalaşıb - siyahı
За беспорядки из-за формы арестованы 37 человек
Cəmiyyət 14:20
За беспорядки из-за формы арестованы 37 человек
Mingəçevirdə 19 yaşlı tələbə otaq yoldaşını bıçaqlayıb
Cəmiyyət 13:26
Mingəçevirdə 19 yaşlı tələbə otaq yoldaşını bıçaqlayıb
Zelenskiy və Tramp arasında Rusiya neft emalı zavodlarına zərbələrə görə gərginlik arta bilər
Cəmiyyət 13:18
Zelenskiy və Tramp arasında Rusiya neft emalı zavodlarına zərbələrə görə gərginlik arta bilər
Məktəblərdə geyim qaydalarına etiraz edən 37 nəfər həbs edilib
Cəmiyyət 12:55
Məktəblərdə geyim qaydalarına etiraz edən 37 nəfər həbs edilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:52
Sabahın hava proqnozu açıqlanıb
Ötən həftə 1239 hektar ərazi minalardan təmizləndi
Cəmiyyət 11:05
Ötən həftə 1239 hektar ərazi minalardan təmizləndi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol