• $
  • £

Kopenhagendə bu gündən dördgünlük iş həftəsi tətbiq olunur

Kopenhagendə bu gündən dördgünlük iş həftəsi tətbiq olunur
01.04.2024 21:51
Kopenhagen bələdiyyəsi aprelin 1-dən öz əməkdaşları üçün dördgünlük iş həftəsi rejimi tətbiq edir.
 
İlin sonunadək davam edəcək eksperimentdə bələdiyyənin 6 administrasiyasının 14 işçi vəzifəsi üzrə əməkdaşları iştirak edirlər. Eksperiment başa çatdıqdan sonra qısaldılmış iş həftəsi rejimi rəsmi qaydada təsdiq olunacaq.
 
"Pandemiyadan sonrakı bu vəziyyət Danimarka bələdiyyələri arasında bundan sonra da saxlanılacaq”, - deyə Roskille Universitetinin əmək qanunvericiliyi sahəsi üzrə tədqiqatçısı Yanne Qlerup bildirib.
 
Sözügedən təşəbbüsə daxil edilən müəssisələrdən biri də Kopenhagenin mərkəzində yerləşən və psixi cəhətdən zəif gənclər üçün nəzərdə tutulan Radiseveydir.
 
"Keçirilən iclasların birində bütün əməkdaşlarımız bunun çox yaxşı fikir olduğunu və iş həyatı ilə şəxsi həyat arasında daha yaxşı balans yaratmağa xidmət etdiyini bildiriblər”, - deyə bölmə rəhbəri Yonas Ammitsbyöll vurğulayıb.
 
O, bir neçə gün davam edəcək istirahət günlərində əməkdaşların daha yaxşı istirahət edə biləcəklərinə və qarşıdakı iş həftəsi üçün daha gümrah olacaqlarına inandığını deyib.
 
Yanne Qlerupun sözlərinə görə, bu qəbildən yeniliklər Danimarkanın biznes həyatında artıq çoxdan tətbiq olunur, indi isə ölkənin dövlət qurumları da bu nümunədən istifadə etmək niyyətindədirlər. Ötən il Kopenhagen bələdiyyəsində dördgünlük iş həftəsi rejiminin tətbiq olunması fikri irəli sürüləndə, bu ideyanı bütün partiyalar dəstəkləyib. Məqsəd əməkdaşlar arasında stresin azaldılması ilə yanaşı, bələdiyyəni həm də işəgötürən kimi daha cəlbedici quruma çevirməkdən ibarətdir.
 
"Bazar ertəsindən cümə gününədək gündə səkkiz saat işləmək və həftədə cəmi iki gün istirahət etmək ənənəsi artıq keçmişdə qalmalıdır”, - deyə Yonas Ammitsbyöll əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan misirli həmkarı ilə İran-ABŞ danışıqlarını müzakirə edib
Dünya 00:03
Hakan Fidan misirli həmkarı ilə İran-ABŞ danışıqlarını müzakirə edib
Тегеран предупредил Лондон и Париж
Dünya 23:35
Тегеран предупредил Лондон и Париж
Londonda yəhudi icmasına hücum olub, üç nəfər yaralanıb
Dünya 23:30
Londonda yəhudi icmasına hücum olub, üç nəfər yaralanıb
Latviyanın müdafiə naziri istefa verib
Dünya 22:45
Latviyanın müdafiə naziri istefa verib
Suriyada partlayış olub, yaralananlar var
Dünya 20:28
Suriyada partlayış olub, yaralananlar var
BƏƏ və Küveytin hava məkanında PUA-lar aşkarlanıb
Dünya 16:54
BƏƏ və Küveytin hava məkanında PUA-lar aşkarlanıb
ABŞ-nin "F-35" qırıcısı Ərəbistan yarımadası üzərində qəza siqnalı verib
Dünya 15:35
ABŞ-nin "F-35" qırıcısı Ərəbistan yarımadası üzərində qəza siqnalı verib
Еще один посредник в переговорах США и Ирана
Dünya 23:39
Еще один посредник в переговорах США и Ирана
Putin brifinq keçirəcək
Dünya 21:03
Putin brifinq keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol