Qətər əmiri İlham Əliyevi təbrik edib
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qətər Dövlətinin adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə möhkəm cansağlığı, firavanlıq, ölkənizə və qardaş xalqınıza daha çox rifah və inkişaf, eləcə də ölkələrimiz arasında ikitərəfli əlaqələrin davamlı inkişafını diləyirəm”.www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox