• $
  • £

ABB 2 sektor üzrə araşdırma hesabatlarını təqdim etdi!

ABB 2 sektor üzrə araşdırma hesabatlarını təqdim etdi!
09.04.2024 15:46
ABB 2 maraqlı hesabatı ictimaiyyətə təqdim edib. Araşdırmalardan biri Bakı şəhərində daşınmaz əmlak bazarı ilə bağlıdır. Digər hesabat isə pərakəndə ticarətlə əlaqədar mövcud vəziyyəti, bu sahədə əsas inkişaf trendlərini əks etdirir. Hər iki hesabat Bankın apardığı geniş araşdırmalara əsaslanır.

"Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatda bazardakı qiymət dəyişikliklərinə diqqət yönəlib. Bazar göstəriciləri və əməliyyatları izlənib. Araşdırma daşınmaz əmlak bazarında baş verən dəyişikliklərin əsas səbəblərinin müəyyənləşdirilməsinə, gələcəkdə baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılmasına xidmət edir.

"Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr” adlı hesabatda isə 2023-cü il üzrə pərakəndə ticarət dövriyyəsi araşdırılıb. Pərakəndə ticarətin sektorlar, bazar payları, məhsul qrupları, coğrafi təsnifat və s. bölgülər üzrə ətraflı təhlili aparılıb.

Qeyd edək ki, maraqlı tərəflər üçün faydalı olan bu cür ətraflı araşdırmaların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. ABB bununla belə bir təcrübəni ilk dəfə ölkəmizdə də tətbiq etməyə başlayıb. Bu başlanğıcın davamı kimi Bank araşdırmaları yaxın gələcəkdə daha da genişləndirərək təkmilləşdirəcək.

Hər iki hesabatla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
İqtisadiyyat 11:15
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 20:43
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:09
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 10:53
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
İqtisadiyyat 21:58
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
İqtisadiyyat 16:19
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
İqtisadiyyat 13:10
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
İqtisadiyyat 12:49
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol