Türkiyə güclü zəlzələdən sonra Venesuelaya xilasedici qrup göndərib
Türkiyənin Venesuelada baş vermiş güclü zəlzələlərin nəticələrinin aradan qaldırılmasına dəstək üçün göndərdiyi humanitar yardım və xilasetmə qrupu Karakasa çatıb.Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qrupun tərkibinə 45 xilasedici, dörd axtarış-xilasetmə iti, iki nəqliyyat vasitəsi və 20 hərbçi daxildir.
Bundan əvvəl ABŞ, Meksika və Almaniya da zəlzələdən zərər çəkmiş Venesuelaya humanitar yardım və xilasetmə qrupları göndərib.
Son xəbərlər
Daha çox