• $
  • £

Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
16.04.2024 20:50

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub.

Dövlət başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.
Prezident Aleksandr Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.

Söhbət zamanı Azərbaycan və Serbiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub və ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Siyasət 13:41
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol