• $
  • £

Putin və Əliyev Qarabağdan çıxan sülhməramlıların missiyasının başa çatmasını müzakirə edəcək

Putin və Əliyev Qarabağdan çıxan sülhməramlıların missiyasının başa çatmasını müzakirə edəcək
22.04.2024 09:33
Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin bu gün keçirilən görüşü Qarabağdakı sülhməramlı missiyasının başa çatması fonunda baş tutacaq. Bu barədə Rusiya mətbuatı məlumat verib. 
 
Kremlin də yaydığı məlumata görə, Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, həmçinin cari regional problemlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır. 
 
Rusiya Prezidentinin yenidən prezident seçilməsindən sonra ilk görüşü İlham Əliyevlə baş tutacaq. 
 
Sonuncu dəfə Əliyev 2023-cü ilin oktyabrında MBD-nin Bişkek sammitində Putinlə görüşüb. 
 
Aprelin 17-də Azərbaycan və  Rusiya rəhbərliyi arasında Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhmərmalılarının vaxtından əvvəl bölgədən çıxarılması barəsində qərar qəbul olunub. 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərtaca verdiyi açıqlamasında bildirib ki, artıq sülhməramlıların çıxarılması prosesinə başlanılıb və hər iki ölkənin Müdafiə Nazirləri bu istiqamətdə müvafiq tədbirlər görür. 

Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması barədə bəyanat verib.  

Rusiya sülhməramlıları Azərbaycan ərazisində 2020-ci ilin noyabrında  beş il müddətinə yerləşdirilib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol