• $
  • £

Erməni lobbisi İlham Əliyevin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırır

Erməni lobbisi İlham Əliyevin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırır
25.04.2024 23:15

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada işgüzar səfərdədir.

APA xəbər verir ki,dövlət başçısı Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 26-da keçiriləcək "15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Lakin Azərbaycan Prezidentinin Almaniyaya səfəri erməni diasporu və bəzi dairələrin ürəyincə olmayıb.

Erməni lobbisi və onların havadarları Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiyaya hazırlaşırlar. Erməni dairələri aprelin 26-da Federal kanselyariyanın qarşısında Azərbaycan Prezidentinin səfərinə "etiraz” olaraq, piket keçiriləcəyini anons edib.

Aksiyada Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror olmuş Luis Okampo və Almaniya Mərkəzi Erməni Şurasının üzvləri iştirak edəcək.

Erməni dairələrin əsassız "aksiya şousu”na alət elədiyi Argentinadan olan Okampo kriminal-korrupsioner keçmişi ilə tanınır. İstər Beynəlxalq Cinayət Məhkəməsində işlədiyi dövrdə, istərsə də sonrakı vaxtlarda onun adı şübhəli maliyyə maxinasiyalarında hallanıb. Vaxtilə korrupsiya və cinsi təqibdə ittiham olunan Okomponun Serj Sarqsyan, Arayik Arutunyanla dostluq münasibətləri var.

Məlumata görə, hazırlanan "aksiya” erməni lobbisinin sifarişi ilə keçirilir.
Azərbaycan Prezidentinin səfəri zamanı belə bir aksiyanın təşkil olunması təsadüfi deyil. Regionda sülh üçün yaxşı perspektivlərin yarandığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və onların havadarları bu prosesə mane olmağa çalışır, gərginlik yaratmaq üçün belə ucuz şou qururlar. Delimitasiya prosesinə start veriləndən Ermənistanda baş verənlər proseslərin eyni mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir. Ermənistandakı revanşist, sülhə qarşı çıxan qüvvələrin aksiyalarına Berlindəki erməni lobbisi və onların havadarları sabaha planlaşdırdıqları piketlə dəstək verməyi planlaşdırırlar.

Lakin bu aksiyanın heç bir əhəmiyyəti və təsiri yoxdur. Erməni lobbisinin və onların pulla ələ aldıqları şəxslərin məqsədi yalnız öz "fəallığını” nümayiş etdirməkdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Siyasət 13:41
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol