• $
  • £

Sülh müqaviləsi imzalansa AİB Zəngəzurdan keçən dəmir yolu xəttinə sərmayə qoyacaq

Sülh müqaviləsi imzalansa AİB Zəngəzurdan keçən dəmir yolu xəttinə sərmayə qoyacaq
06.05.2024 09:31
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla Ermənistan arasında sülh imzalanandan sonra Azərbaycanın cənub hissəsindən Ermənistan ərazisindən Naxçıvana qədər uzanan dəmir yolu şəbəkəsinin yenilənməsi üçün vəsait ayırmağa hazırdır. Bunu Trendə müsahibəsində  AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov Bankın Tbilisidə keçirilən illik toplantısı çərçivəsində bildirib.
 
Azərbaycan və Ermənistan arasında uğurlu danışıqlara ümid edir, çünki sülh sazişi əldə edildikdən sonra bu, ölkəyə əlavə nəqliyyat dəhlizinin açılmasına, Azərbaycanı və regionu dünya ilə daha yaxşı əlaqələndirməyə imkan verəcək. Azərbaycanın cənub hissəsindən Ermənistan ərazisindən Naxçıvana qədər uzanan kifayət qədər köhnə dəmir yolu var. Ona görə də sülh sazişi və digər razılaşmalar əldə olunarsa, biz bu şəbəkənin bərpasına sərmayə qoymağa çox şad olarıq, lakin təbii ki, Azərbaycan hökumətinin prioritet qərarlarına uyğun olaraq", - o bildirib. 
 
Bundan əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Zəngəzur dəhlizi layihəsi 2028-ci il həyata keçirilə bilər.  
 
Oktyabrın 25-də  Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanla razılığa gələ bilməyib. 
 
İyulun 24-də Azərbaycan lideri açıqlama verərək vurğulayıb ki, Azərbaycan ərazisində tikinti işlərinin 70% bitib və Zənzəgur dəhlizi işə salınacaq. 
 
İyulun 21-də prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşündə yaxın üç ildə 150 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qayıtmasını təmin etmək planlarını açıqlayıb.
 
İyunun 14-də Türkiyə prezidenti Ərdoğan açıqlamasında vurğulayıb ki, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı problemlər Ermənistanla bağlı deyil, İranın mövqeyi ilə bağlıdır. 
 
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. 
 
2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.

"Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir", -bəyanatın 9-cu maddəsində qeyd olunub. 
 
Bəyantın şərtinə əsasən Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacağı vurğulanıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda ata və oğul dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:04
Bakıda ata və oğul dəm qazından boğularaq ölüb
Gəncədə qanunsuz tikililər sökülüb - Video
Cəmiyyət 10:55
Gəncədə qanunsuz tikililər sökülüb - Video
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 10:00
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib
Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - Yenilənib
Cəmiyyət 00:26
Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - Yenilənib
Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb
Cəmiyyət 22:33
Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb
DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb
Cəmiyyət 22:10
DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
Cəmiyyət 21:41
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
Bayram və istirahət günlərində hava necə olacaq?
Cəmiyyət 21:39
Bayram və istirahət günlərində hava necə olacaq?
Ramazanın on yeddinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:28
Ramazanın on yeddinci gününün duası- İmsak və iftar vaxtı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol