• $
  • €
  • ₽
  • ₺
  • £

Arkadi Qukasyanın həbs müddəti 5 ay uzadılıb

Arkadi Qukasyanın həbs müddəti 5 ay uzadılıb
14.05.2024 13:46
Qarabağda qondarma separatçı rejimin "prezidenti” olmuş Arkadi Qukasyan haqda seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.

Məlumata görə, müstəntiqin əsaslandırılmış vəsatətinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına Binəqədi Rayon Məhkəməsində baxılıb.

İstintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.


Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda bağçada yıxılan azyaşlının qolu qırılıb -Video
Cəmiyyət 23:57
Sumqayıtda bağçada yıxılan azyaşlının qolu qırılıb -Video
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Cəmiyyət 20:03
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Jurnalistlərə saxta zənglərlə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 15:47
Jurnalistlərə saxta zənglərlə bağlı xəbərdarlıq edilib
Oktyabrın ilk 13 günündə orta temperatur normadan 2,9 dərəcə yüksək olub
Cəmiyyət 14:50
Oktyabrın ilk 13 günündə orta temperatur normadan 2,9 dərəcə yüksək olub
Astarada fizika müəllimi polisin qanuni tələbinə tabe olmadığı üçün həbs edilib
Cəmiyyət 14:44
Astarada fizika müəllimi polisin qanuni tələbinə tabe olmadığı üçün həbs edilib
Media və Yayım Şurası İran telekanalını Azərbaycanla bağlı dezinformasiyada ittiham edib
Cəmiyyət 13:27
Media və Yayım Şurası İran telekanalını Azərbaycanla bağlı dezinformasiyada ittiham edib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:57
Sabahın hava proqnozu açıqlanıb
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib
Cəmiyyət 11:52
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib
Azərbaycanda ötən gün 35 şübhəli saxlanılıb
Cəmiyyət 10:13
Azərbaycanda ötən gün 35 şübhəli saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol