• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

Azad edilmiş rayonlarda yeni yaradılmış iş yerlərinin sayı açıqlanıb

Azad edilmiş rayonlarda yeni yaradılmış iş yerlərinin sayı açıqlanıb
24.05.2024 14:27
2024-cü ilin birinci rübündə işğaldan azad edilmiş rayonlarda 292 yeni iş yeri yaradılıb. Bu da  ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə artıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
 
Ötən ilin biirnci rübündə işğaldan azad edilmiş rayonlarda 101 yeni iş yerləri yaradılıb.

Cari  ilin yanvar-martında ən çox yeni iş yeri Laçın və Cəbrayılda yaradılıb. Belə ki, hesabat dövründə Laçında 152, Cəbrayılda isə 32 yeni iş yeriləri yaradılıb.

2023-cü ilin iyunun sonuna Qarabağ iqtisadi rayonunda orta əməkhaqqı 594,5 manat, Şərqi Zəngəzur iqtisadi rayonunda 645,1 manat təşkil edib.

2022-ci ildə Qarabağ iqtisadi rayonunda 905, Şərqi Zəngəzurda 223 yeni iş yeri yaradılıb. 
 
Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yeni­dənqurma işləri üçün dövlət büdcəsin­dən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. Bu ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha 5 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi is­tifadə olunub. Bütövlükdə isə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-qu­ruculuq işlərinə, təqribən, 12 milyard ma­nata qədər vəsaitin xərclənməsi təmin ediləcək. 
 
Dövlət Statistika Komitəsinin məlu­matına görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə ötən ilin payızında 2023-cü ilin məhsulu üçün 210 min 478 hektar sahədə dən və yaşıl yem əkilib. Cari ilin yanvar-iyulunda  adıçəkilən iqtisadi rayonlarının fermer və fərdi təsər­rüfatları tərəfindən, ümumilikdə, 105 min hektardan artıq sahədə məhsul yığımı həyata keçirilib. Həmin sahələrdən isə 401 min tondan artıq dənli bitkilər yığılıb. Bununla yanaşı, bu ilin 7 ayında  Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayonla­rının təsərrüfatlarında 1043 ton dən üçün günəbaxan, 16 min 515 ton kartof, 165 min 816 ton tərəvəz, 51 min ton bostan məhsulları, eləcə də 21,3 min ton meyvə və giləmeyvə tədarük edilib. 

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:26
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
Bakıda məktəbdə müəllim vəfat edib
Cəmiyyət 11:02
Bakıda məktəbdə müəllim vəfat edib
Polis Akademiyası 525 kursant qəbulu elan edib
Cəmiyyət 10:19
Polis Akademiyası 525 kursant qəbulu elan edib
Bir gündə 30 cinayətin üstü açılıb - DİN
Cəmiyyət 10:12
Bir gündə 30 cinayətin üstü açılıb - DİN
Azərbaycan nefti ucuzlaşıb
Cəmiyyət 09:36
Azərbaycan nefti ucuzlaşıb
Bakının iki rayonunda qaz olmayacaq
Cəmiyyət 09:30
Bakının iki rayonunda qaz olmayacaq
İşğaldan azad edilmiş ərazilərə 57 ailə köçürülüb
Cəmiyyət 09:14
İşğaldan azad edilmiş ərazilərə 57 ailə köçürülüb
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Cəmiyyət 20:31
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Göygöldə küçədən kişi meyiti tapılıb
Cəmiyyət 20:06
Göygöldə küçədən kişi meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol