Azərbaycanda BOKT-un xalis mənfəəti azalıb
2023-cü ildə "Premier Kredit” bank olmayan kredit təşkilatının (BOKT) xalis mənfəəti 28 min 258 manat olub, bu da əvvəlki illə müqayisədə 44,5% azdır. Bu barədə BOKT-un 2023-cü il üzrə maliyyə hesabatında qeyd olunub.
Hesabat zamanı təşkilatın faiz gəlirləri 331,8 min manat, faiz xərcləri isə 160 min manat olub, bununla da o 171,9 min manat xalis faiz gəlir əldə edib.
2023-cü ildə təşkilatın cəmi aktivləri 2 milyon 236 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 61,5% və ya 899,2 min manat çoxdur.
Hesabat dövründə təşkilatın müştərilərə 2 milyon 139,5 min manat kredit verib ki, bu da əvvəlki illə müqayisədə 62% artım deməkdir.
Ötən il təşkilatın cəmi öhdəliklərinin həcmi 2 milyon 12,7 min manat təşkil edib, bu da 2022-ci illə müqayisədə 73,4% və ya 852,2 min manat çoxdur.
2024-cü il yanvar ayının 1-nə "Premier Kredit”in cəmi kapitalı 348 min manata bərabər olub ki, bu da illik müqayisədə 15.6% çoxdur.
"Premier Kredit BOKT" MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 01 noyabr 2014-cü il tarixli 06-03655-2014 №-li kreditlərin verilməsi üçün xüsusi razılıq (lisenziya) əsasən 2014-cü il dekabrın 1-i tarixindən fəaliyyət göstərir.
Təşkilat müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd qoyub.
Aygün
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər