Qarabağ Universitetinə fakültə dekanları seçilib
Qarabağ Universitetinə fakültə dekanları (proqram rəhbərləri) seçilib. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə dekan Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə dekan Elmar Mustafayev, İncəsənət fakültəsinə isə dekan Türkər Qasımzadə təyin olunub
Qarabağ Universitetində bakalavr təhsili üzrə Sabah qruplarına 8 ixtisas üzrə tələbə qəbulu aparılacaq.
Mayın 20-si Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov vəzifəsindən azad edilərək Qarabağ Universitetinin rektoru təyin edilib.
Fevralın 15-də Prezidentin ehtiyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb.
Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.
Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
İlkin mərhələdə universitetdə 800-1000 tələbə təhsil alacaq.
Mayın 17-si Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Qarabağ Universitetinə bu il üçün əcnəbi tələbə qəbulu nəzərdə tutulmadığını söyləyib.
İlk illərdə Qarabağ Universitetinə qəbul olan tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur.
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər