Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2,6 milyon manat ödənilib- Heydər Məmmədov
Ekoloji hüquqpozmalar üzrə 133 cinayət işi başlanaraq istintaqının aparılması üçün aidiyyatı üzrə göndərilib, 36 inzibati xəta haqqında iş üzrə icraat başlanıb, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 33 halda təqdimatlar verilib. Bunu Baş prokurorun müavini Heydər Məmmədov bildirib.
"Təmiz və sağlam ətraf mühitin təmin edilməsi yolunda dövlət qurumlarının, hüquq-mühafizə orqanları və məhkəmələrin koordinasiyalı fəaliyyəti, effektiv ekoloji qanunlar və yaşıl dünya üçün hüquqi yeniliklərin mühüm əhəmiyyəti var",- Gəncədə Baş Prokurorluq tərəfindən keçirilən « Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma» adlı işgüzar konfransda deyib.
Bundan başqa, 2023-cü ildə ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2 milyon 655 min manat məbləğində pulun ödənilməsi təmin edilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər