• $
  • £

Shokki Mokki”nin dəstəyi ilə uşaqların fiziki və zehni inkişafı üçün yeni layihə başlayır

Shokki Mokki”nin dəstəyi ilə uşaqların fiziki və zehni inkişafı üçün yeni layihə başlayır
31.05.2024 13:12
İlk milli uşaq markası "Shokki Mokki” Vuvuzela Media ilə birlikdə balacaları sevindirəcək yeni layihəyə start verir. 

"İdman maneə tanımır” şüarı ilə ərsəyə gətirilən "Kiçik addımlarla, böyük uğurlar” layihəsi Uşaqların Beynəlxalq Müdafisi Günü başlayacaq. 

1000-dən artıq uşağın iştirakı nəzərdə tutulan layihə Bakıda və bölgələrdə baş tutacaq. 

Bura "Məktəbim” layihəsi çəçivəsində fəaliyyət göstərən məktəbəqədər təhsil ocaqlarındakı uşaqlar da cəlb olunacaq. 

Uşaqların fiziki və zehni inkişafı, əyləncəsi üçün keçirilən sosial layihənin tərəfdaşlarından biri də "Qarabağ” futbol komandasıdır.

Tanınmış futbolçular layihə çərçivəsində görüşlər keçirərək uşaqlara imzalı posterlər hədiyyə verəcək, idmana, xüsusilə də futbola həvəsləndirmək üçün öz təcrübələrini bölüşəcəklər.

Layihənin fəxri səfirləri xalq artisti Tünzalə Ağayeva və məşhur aparıcı Fira Cəlilovadır. 

1-7 İyun aralığında həyata keçiriləcək layihəyə Bakı, Gəncə, Şirvan, Hacıqabul, Quba, Xaçmaz və Salyanda olan "Məktəbim” uşaqları da cəlb olunacaq. İlk tədbirin Gəncə şəhərində festival şəklində keçirilməsi nəzərdə tutulub.

Uşaqlar üçün maraqlı, musiqili, öyrədici oyunlar hazırlanıb.

Onu da qeyd edək ki, xalq artisti Tünzalə Ağayeva layihə üçün xüsusi himn bəstələyib. Bu himn uşaqların idmana olan həvəsini, marağını artıracaq və ilk dəfə Gəncədəki tədbirdə səsləndiriləcək. 

Layihə haqqında ətraflı məlumat "Shokki Mokki”nin instaqram səhifəsində bölüşüləcək.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol