• $ 1.7
  • € 1.944
  • ₽ 0.020968
  • ₺ 0.0419
  • £ 2.2558

Kapital Bank və Qırmızı Ürəklər Fondu Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edib

Kapital Bank və Qırmızı Ürəklər Fondu Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edib
31.05.2024 14:53
Məlumat verdiyimiz kimi Kapital Bank korporativ sosial məsuliyyət istiqamatinə  uyğun olaraq Qırmızı Ürəklər (Red Hearts) Fondu ilə birgə "Hər şey mümkündür!” adlı sosial layihə həyata keçirir.
 
2021-ci ildən etibarən mütəmadi olaraq keçirilən layihənin əsas məqsədi Daun və autizm sindromlu, eləcə də əlilliyi olan uşaqların cəmiyyətdə aktiv iştirakının təmin edilməsi, onların həyat keyfiyyətinin yüksəldilməsi, inklüzivlik, bərabərlik, müyəssərlik meyarlarının artırılmasıdır.   
 
Layihənin davamı olaraq Daun və autizm sindromlu, eləcə də əlilliyi olan uşaqların incəsənətə marağını, bu sahənin onların səhəttinə müsbət təsirini nəzərə alaraq     1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində "Eko çanta üzərində rəsm”, "Akril boya ilə kətan üzərində rəsm", "Keramika” master-klasları həyata keçirilib.
 
Cəmiyyətdə sosial dəstəyə ehtiyacı olan şəxslər tərəfindən böyük maraqla qarşılanan "Hər şey mümkündür!” layihəsi artıq beynəlxalq səviyyədə bir neçə uğur qazanıb. Belə ki, layihə "Felis Mükafatları” çərçivəsində 11 noyabr 2022-ci il tarixində İstanbul şəhərində keçirilən ənənəvi "Brand Week” tədbirində "Ən yaxşı reklam kampaniyası” və "Ən yaxşı film” nominasiyasında qızıl mükafata layiq görülüb. 2021-ci ildə Ukraynada keçirilən "Kyiv International Advertising Festival”da isə layihə iki nominasiya üzrə bürünc medal qazanıb.
 
Eyni zamanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində sosial dəstəyə ehtiyacı olan uşaqlara sevinc bəxş etmək üçün Qırmızı Ürəklər Fondu "İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi ilə birgə "Ramazan xeyriyyə yarmarkası” keçirib. Yarmarkadan toplanan ianələr hesabına Bilgəh qəsəbəsindəki 11 saylı İnteqrasiya təlimli internat məktəbinə gigiyenik, təmizlik və geyim vasitələri alınıb. Bununla yanaşı Sumqayıt şəhərində yaşayan 16 yaşa qədər olan 109 şəhid övladına "Əli və Nino” kitab mağazaları şəbəkəsindən hədiyyə kartları təqdim edilib.
 
Qeyd edək ki, "Red Hearts”-Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda İqtisadi Şuranın növbəti iclası keçirilib
İqtisadiyyat 18:45
Azərbaycanda İqtisadi Şuranın növbəti iclası keçirilib
İyulda dünya üzrə neft qazma qurğularının sayı 1,3% artıb
İqtisadiyyat 16:56
İyulda dünya üzrə neft qazma qurğularının sayı 1,3% artıb
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
İqtisadiyyat 15:08
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

SOCAR yeni istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirib
İqtisadiyyat 14:41
SOCAR yeni istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirib
Moody's Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib
İqtisadiyyat 12:53
Moody's Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib
Azərbaycanın daxili dövlət borcu 6 ayda 7,9% azalıb – Maliyyə Nazirliyi
İqtisadiyyat 12:48
Azərbaycanın daxili dövlət borcu 6 ayda 7,9% azalıb – Maliyyə Nazirliyi
Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 15,5 dəfə üstələyir – Maliyyə Nazirliyi
İqtisadiyyat 11:55
Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 15,5 dəfə üstələyir – Maliyyə Nazirliyi
Xarici dövlət borcunun 28%-i avrobondların payına düşür
İqtisadiyyat 11:48
Xarici dövlət borcunun 28%-i avrobondların payına düşür
Xarici dövlət borcunun yarısı dəyişkən faizli öhdəliklərdən ibarətdir – Maliyyə Nazirliyi
İqtisadiyyat 11:31
Xarici dövlət borcunun yarısı dəyişkən faizli öhdəliklərdən ibarətdir – Maliyyə Nazirliyi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol