• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

Laçında "Malıbəy" KSES-in təməli qoyulub

Laçında
01.06.2024 14:33
Laçın rayonunun Malıbəy kəndində eyni adlı kiçik su elektrik stansiyasının (KSES) təməli qoyulub.

Layihəni İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin "Demirören Holding” və "Arges Enerji Teal" şirkəti birgə icra edir.
Stansiyanın Həkəri çayının qolu olan Zabux çayının üzərində, Avropa və Çin texnologiyaları əsasında inşa edilməsi planlaşdırılır.

Bugünkü KSES layihənin I mərhələsidir. II mərhələdə Laçın rayonunda "Qalaça-1", "Qalaça-2" və "Minkənd" KSES-lərin, III mərhələdə isə Kəlbəcər rayonunda "Tərtər-1" KSES-in tikilməsi nəzərdə tutulur.

İnşası 2025-ci ildə tamamlanacaq 5 KSES-in ümumi gücü 13,8 Mvt olacaq, onlar ildə 39,7 QVt elektrik enerjisi istehsal edəcək. "Malıbəy" KSES isə 5,1 Mvt gücünə malik olmaqla ildə 14,57 QVt elektrik enerjisi istehsal edəcək.

Layihənin ümumi dəyəri 25 milyon manat, stansiyaların istismar müddəti 30 ildir. Bu stansiyalarda 25 nəfər çalışacaq.
 

 
 
 

 İstiqamət: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kamran Əsədovun cinayət işinin detalları açıqlanıb
Cəmiyyət 13:29
Kamran Əsədovun cinayət işinin detalları açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:54
Sabahın hava proqnozu açıqlanıb
Bədii qiraətçi Nadir Hüseynov avtomobil qəzasında vəfat edib
Cəmiyyət 12:45
Bədii qiraətçi Nadir Hüseynov avtomobil qəzasında vəfat edib
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:26
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
Bakıda məktəbdə müəllim vəfat edib
Cəmiyyət 11:02
Bakıda məktəbdə müəllim vəfat edib
Polis Akademiyası 525 kursant qəbulu elan edib
Cəmiyyət 10:19
Polis Akademiyası 525 kursant qəbulu elan edib
Bir gündə 30 cinayətin üstü açılıb - DİN
Cəmiyyət 10:12
Bir gündə 30 cinayətin üstü açılıb - DİN
Azərbaycan nefti ucuzlaşıb
Cəmiyyət 09:36
Azərbaycan nefti ucuzlaşıb
Bakının iki rayonunda qaz olmayacaq
Cəmiyyət 09:30
Bakının iki rayonunda qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol