• $
  • £

ABB yeni imic filmini təqdim etdi!

ABB yeni imic filmini təqdim etdi!
03.06.2024 16:41
Regionun ən böyük maliyyə qurumu olan ABB yeni imic filmini təqdim edib. "ABB Bizik!” devizi ilə hazırlanmış film Bankın bütünləşdirici rolunu diqqətə çatdırır.
Universal həlləri ilə, bütün müştəri seqmentlərinin ehtiyaclarını qarşılayan çeşidli məhsul və xidmətləri ilə, formalaşdırdığı yeni təcrübələrlə, iştirak etdiyi irimiqyaslı layihələrlə bu gün ABB ölkə və cəmiyyət həyatında çox mühüm müsbət təsirlər yaratmaqdadır.
 
Bank 3.5 milyondan çox fərdi, 20 minə yaxın korporativ müştəriyə xidmət edir. Ölkəmizdəki bir çox dövlət və özəl qurumların, kiçik və orta sahibkarların etibarlı maliyyə tərəfdaşıdır. 1800-ə yaxın səhmdar ABB-də pay sahibidir, Bankda 3500-dən çox əməkdaş çalışır. ABB bu qədər şəxsi, onların doğmalarını yaratdığı dəyərlər ətrafında bir araya gətirir, ayrı-ayrı fərdlər və qurumlar arasında bağlantı qurur, imkanlar yaradır, inkişaf proseslərini dəstəkləyir. Bütün bunlar ABB-nin bütünləşdirici rolunu getdikcə daha da gücləndirir.
 
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Bu gün ABB sadəcə bank olmaqdan daha üstün mövqeyə yüksələrək insanlarımızın gündəlik həyatında vacib bir dəyərə çevrilib. Bu dəyəri müştərilərimizlə, tərəfdaşlarımızla, səhmdarlarımızla, əməkdaşlarımızla, bir sözlə, ABB adında bütünləşən hər kəslə birgə yaratmışıq. Biz bu insanlarla, onlar isə ABB ilə bir bütünük, birlikdə ABB-yik. İmic filmimizin ötürdüyü "ABB Bizik!” mesajı da belə bir xoş reallığı vurğulayır”.
Filmi buradan izləyə bilərsiniz.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol