• $
  • £

Avropaya illik qaz ixracı 12 milyard kubmetrə kimi artırılıb - Nazir

Avropaya illik qaz ixracı 12 milyard kubmetrə kimi artırılıb - Nazir
05.06.2024 10:30
Azərbaycan Avropaya illik qaz ixracını 12 milyard kubmetrə kimi artırıb. Bunu Azərbaycan Respublikasının enerji naziri Pərviz Şahbazov bildirib. 

Onun sözlərinə görə, TAP vasitəsilə Azərbaycanın  Avropaya göndərdiyi qazın həcminin 1,2 milyard artırılması barədə razılıq əldə edilib. 

Nazir həmçinin bildirib ki, 2024-cü il iyunun 4-də təməl daşının qoyulduğu 3 bərpa olunan enerji resursları hesabına işləyəcək elektrik stansiyası  sistemə 1 Gvt elektrik enerjisi verəcək. Toplam tikiləvək stansiyalar isə bu bərpa olunacaq enerji hesabına işləyən stansiyalar hesabına sistemə əlavə 2 Qvt enerji verməyə imkan yaradacaq. 

Nazirin sözlərinə görə, şərqi Zəngəzur və Qarabağda tikiləcək yaşıl enerji stansiyaları bu regionun elektrik enerjisinə olan ehtiyacı ödəməyə imkan verəcək. Bu regionda yaradıan sistemin gələcəkdə bütün ölkə ərazisində tətbiq ediləcək. 

"Məqsədimiz, 30 il əvvəl olduğu kimi, dəyişməz olaraq qalır. Bu da enerji təhlükəsizliyini təmin etməkdir”, - nazir deyib. 

Nazir həmçinin qeyd edib ki, Azərbaycan bərpa olunan elektrik enerjisi mənbələrinin inkişafı və yaşıl enerjinin Avropaya ixracı üçün dəhlizlərin yaradılması üzərində işləyir.

"Bu kontekstdə qeyd etmək istərdim ki, bu layihəni həyata keçirmək üçün Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya da bu layihəyə maraq göstərir. Bu layihənin texniki-iqtisadi əsaslandırılmasının nəticələri məlum olacaq”, - nazir bildirib. Şahbazov əlavə edib ki, Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa yaşıl enerji dəhlizinin yaradılması istiqamətində də işlər aparılır.

"Bundan başqa, Mərkəzi Asiya regionundan Azərbaycan vasitəsilə Avropaya yaşıl enerjinin nəqlinin təşkili istiqamətində işlər aparılır ki, bu da Azərbaycanın Avropanı enerji resursları ilə təchiz edən ölkə kimi mövqeyini gücləndirəcək”, - nazir deyib.


N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol